CƏMİYYƏT


Sumqayıtda “Sülh aylığı” çərçivəsində “dəyirmi masa” keçirilib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Sülh aylığı” çərçivəsində Sumqayıtdakı Tarix Muzeyində “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir iki, “dəyirmi masa”da Sumqayıt şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları Şurasının, Qarabağ Müharibəsi Veteranları Birliyinin, dövlət və qeyri-hökumət gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.

Şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə, Baş İdarənin gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə çıxışlarında sülhə xidmət edən multikulturalizm və tolerantlığın Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olmasından danışıblar. Çıxışlarda, həmçinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə insan hüquq və azadlıqları sahəsində qazanılan nailiyyətlərdən söhbət açıblar.

Təəssüflə vurğulanıb ki, sülhə və təhlükəsizliyə məhəl qoymayan Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini bu gün də davam etdirir. Ermənistan əzəli Azərbaycan torpaqlarını illərdir işğal altında saxlayır, atəşkəs rejimini mütəmadi pozur.

Gənclər çıxışlarında Azərbaycanın tarixən sülhün tərənnümçüsü olduğunu, ölkəmizdə tolerantlıq ənənələrinin daim hökm sürdüyünü, multikultural dəyərlərin qorunduğunu, müasir dövrdə də milli mənəvi dəyərlərimizin tərkib hissəsi kimi, bu ənənələrin davam etdirildiyini bildiriblər.

Tədbir maraqlı müzakirələrlə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.