REGİONLAR
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ödənişsiz müayinə aksiyası təşkil edilib
Ağcabədi, 16 noyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin direktoru həkim-fizioterapevt, reabilitoloq, refleksoterapevt Aynur Əhmədova tərəfindən ödənişsiz dayaq-hərəkət sistemi xəstəliklərinin müayinəsi aksiyası həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Gənclər üçün Təhsil Mərkəzi tərəfindən Avropa İttifaqının maliyyə yardımı, UNICEF Azərbaycan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ağcabədi rayonunda icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində fəaliyyət göstərən “İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün inklüziv strategiya əsaslı sosial xidmətlər mərkəzindən bəhrələnən 23 imkansız ailənin uşaqları müayinə edilərək reabilitasiya proqramına cəlb olunub.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, bu cür aksiyaların davamlı keçirilməsi nəzərdə tutulur.