Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN-İRAN: MÜNASİBƏTLƏRİMİZİN İNKİŞAFINDA MÜHÜM MƏRHƏLƏ
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN DOST ÖLKƏYƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATDI
ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNDU

Azərbaycan Respublikası Prezidentinin İran İslam Respublikasına səfərinin növbəti günü - iyulun 2-si İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə görüşlə başlandı. Heydər Əliyev üçün ayrılmış iqamətgahda keçirilən bu görüşdə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər nəzərdən keçirildi. Görüşdə iki ölkə arasında imzalanacaq müqavilələr barədə də fikir mübadiləsi aparıldı. Xudafərin su elektrik stansiyası, Qız qalası su bəndi tikintisinin davam etdirilməsi, Naxçıvan Muxtar Respublikasına qaz kəməri çəkilişi və digər məsələlər müzakirə olundu.

Görüşdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, İran İslam Respublikasının ölkəmizdəki səfiri Əli Əsfər Nəhavəndian və digər rəsmi şəxslər iştirak edirdilər.

SİYASİ ARAŞDIRMALAR MƏRKƏZİNDƏ

Doktor Vilayəti ilə görüşdən dərhal sonra Azərbaycan Prezidenti İran Xarici İşlər Nazirliyinin siyasi araşdırmalar mərkəzinə gəldi. 11 nəfər azərbaycanlı gənc bu mərkəzin diplomatik kurslarında təhsili başa çatdırmışdır. Onların buraxılış mərasimində Heydər Əliyev və İrana səfərdə dövlət başçısını müşayiət edən şəxslər iştirak edirdilər.

Mərasimdə siyasi araşdırmalar mərkəzinin Orta Asiya və Qafqaz respublikaları üçün diplomatlar hazırlanması sahəsində gördüyü işlər barədə Azərbaycan Prezidentinə məlumat verildi. Daha sonra İranın xarici işlər naziri Əli Əkbər Vilayəti çıxış edərək Prezident Heydər Əliyevi, onu müşayiət edən şəxsləri salamladı, burada azərbaycanlı gənclərin təhsil almasını müsbət qiymətləndirdi və bildirdi ki, o, bu təcrübənin gələcəkdə də davam etdirilməsinə tərəfdardır. Nazir siyasi araşdırmalar mərkəzində çalışan alimlərin, mütəxəssislərin çox faydalı bir işlə məşğul olduqlarını vurğulayaraq dedi ki, elm, təhsil sahəsində sıx əlaqələr iki qonşu, dost və qardaş ölkənin əməkdaşlığının inkişafında mühüm yer tutur.

Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə çıxış etdi.

İran Xarici İşlər Nazirliyi siyasi araşdırmalar mərkəzinin diplomatik kurslarını bitirən, Azərbaycan Respublikasından olan məzunlar mərasimdə çıxış edərək burada onlara dərs demiş müəllimlərə minnətdarlıqlarını bildirdilər və doğma Vətənin xarici siyasətinin həyata keçirilməsində var qüvvə iştirak edəcəklərinə söz verdilər. Həmin gənclərə diplomatik kursları bitirmələri haqqında sənədlər təqdim olundu.

İRANIN DİNİ RƏHBƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev elə həmin gün İran İslam Respublikasının dini rəhbəri Ayətullah Xamneinin görüşünə getdi. Görüşdə İran Prezidenti Haşimi-Rəfsəncani də iştirak edirdi.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri müzakirə edildi və elə həmin gün hər iki tərəfin imzalayacağı rəsmi sənədlər barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Ermənistanın Azərbaycana təcavüzü məsələsi geniş yer tutdu. Ayətulla Xamnei bu təcavüzü pislədi və İran İslam Respublikasının yaxın sərhədində belə hadisələrin baş verməsindən narahat olduğunu qeyd etdi. İranın dini rəhbəri müharibənin sülh yolu ilə dayandırılmasına tərəfdar olduğunu bildirdi. O dedi ki, İran İslam Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqedə durur ki, Ermənistan Silahlı Qüvvələri işğal etdikləri əraziləri boşaltmalıdırlar.

Görüşdə hər iki tərəfi maraqlandıram digər mühüm məsələlərdən də söhbət açıldı, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulan tədbirlərdən bəhs edildi.

PARLAMENTİN SƏDRİ İLƏ SÖHBƏT

Həmin gün Heydər Əliyev İran İslam Şurası Məclisinin (parlamentin) sədri Natiq Nuri ilə də görüşdü.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə parlamentin sədri Ermənistanın Azərbaycana təcavüzünü pislədi, öz doğma torpağında qaçqına çevrilmiş adamların problemlərinin həlli üçün görülən işlərə maraq göstərdi. Natiq Nuri öz ölkəsinin müharibəyə münasibətini açıqladı və başçılıq etdiyi parlamentin Azərbaycanın haqq işini müdafiə etdiyini bildirdi.

Görüşdə iqtisadi, siyasi, mədəni sahələrdə İran-Azərbaycan əməkdaşlığının genişləndirilməsi və iki ölkənin parlamentləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi məsələləri müzakirə olundu.

Görüşdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Arif Rəhimzadə, Qabil Hüseynli, Prezidenti müşayiət edən respublika Milli Məclisinin üzvləri və digər rəsmi şəxslər iştirak edirdilər.

AVTOMOBİL ZAVODU İLƏ TANIŞLIQ

İyulun 2-də Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər İran İslam Respublikası maşınqayırma sənayesinin öncüllərindən biri olan “Xodro” avtomobil zavoduna gəldilər. Azərbaycan dövlətinin başçısı müəssisədə böyük rəğbətlə qarşılandı. Heydər Əliyev zavodun sexlərini gəzdi, istehsal prosesləri ilə maraqlandı.

Azərbaycan Prezidentinə məlumat verildi ki, bu zavodun məhsullarının, bir çox ölkədə alıcıları vardır. “Xodro” zavodunun avtomobilləri Azərbaycanın şosse yollarında da tez-tez görünür. Son vaxtlar müəssisənin respublikamızla əlaqələri daha da genişlənmişdir. Azərbaycan Prezidentinin İrana səfəri günlərində respublikamıza 150-yə yaxın avtobus və xeyli ehtiyat hissəsi yola salınmışdır.

Heydər Əliyev “Xodro”nun və İranın digər maşınqayırma zavodlarının məhsullarından ibarət sərgiyə böyük maraqla tamaşa etdi. Burada Azərbaycan Prezidentinə müəssisənin məhsulu olan minik avtomobili bağışlandı.

Azərbaycan Prezidenti zavodun fəxri qonaqlar üçün tutulan şərəf kitabına öz ürək sözlərini yazdı:

“İranın “Xodro” avtomobil zavodu ilə tanışlıq çox böyük təəssürat yaratdı. İran İslam Respublikasının bu böyük sənaye müəssisəsi müasir texnologiyaya uyğun avtomobillər istehsal edir. Bu, İranın sənaye potensialının yüksək səviyyədə olduğunu nümayiş etdirir. Zavodun kollektivinə, rəhbərlərinə, mühəndis-texniklərinə, fəhlələrinə İran xalqı üçün çox əhəmiyyətli işlərində yeni müvəffəqiyyətlər arzulayıram”.

Sərgiyə baxışdan sonra zavodun fəhlələri Heydər Əliyevi dövrəyə aldılar, onunla mehribancasına söhbət etdilər.

MƏTBUAT KONFRANSI

İyulun 2-də günortadan sonra Heydər Əliyev Azərbaycan, İran İslam Respublikası və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi, İrana səfərinin məqsəd və vəzifələrindən söhbət açdı, Ermənistanın Azərbaycana təcavüzündən bəhs etdi. Heydər Əliyev müharibənin sülh yolu ilə dayandırılması istiqamətində ölkəmizin təşəbbüslərindən, beynəlxalq təşkilatların fəaliyyətindən danışaraq bildirdi ki, Azərbaycan sülhün tərəfdarıdır və müharibə istəmir. Prezident Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərimizdən didərgin düşmüş bir milyondan çox adamın ağır vəziyyəti barədə də jurnalistlərə geniş söhbət açdı.

Sonra Azərbaycan Prezidenti jurnalistləri maraqlandıran suallara cavab verdi.

PREZİDENTLƏRİN GÖRÜŞÜ

İyulun 2-də axşamüstü Heydər Əliyev İran İslam Respublikasının Prezidenti Haşimi-Rəfsəncani ilə görüşdü. Görüşdə səfər zamanı aparılan danışıqların, keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi oldu. Hər iki prezident bütün görüşlərin dost və qardaş xalqlarımızın münasibətlərinin sıxlaşdırılmasında mühüm rol oynayacağını qeyd etdi.

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ

Görüşdən dərhal sonra Azərbaycanla İran arasında sənədlərin imzalanması mərasimi başlandı. Heydər Əliyev və Haşimi-Rəfsəncani Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin inkişafı haqqında bəyanat imzaladılar.

Xarici işlər nazirləri Həsən Həsənov və Əli Əkbər Vilayəti Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd məsələləri üzrə müştərək komissiyanın yaradılması haqqında memoranduma imza atdılar. Bu sənədə əsasən tərəflər dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və bir-birinin suverenliyinə qarşılıqlı hörmət edilməsinin zəruriliyini qeyd edərək sərhəd məsələlərini tənzimləmək, sərhəddə təhlükəsizliyi təmin etmək üçün iki ölkənin sərhədçilərinin daimi əməkdaşlığını əlaqələndirmək məqsədi ilə müştərək sərhəd komissiyasının yaradılması barədə razılığa gəldilər.

Daha sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq haqqında protokol, hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında, İran təbii qazının Naxçıvan Muxtar Respublikasına ixracı haqqında memorandum, səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında, Azərbaycan Respublikasının Dövlət Teleradio Şirkəti ilə İran İslam Respublikasının “Səda və sima” Dövlət Teleradio Verilişləri İdarəsi arasında əməkdaşlıq haqqında sazişlər imzalandı.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında investisiyaların qarşılıqlı tətbiqi və qorunması haqqında saziş də paraflandı.

Hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında memoranduma əsasən “Xudafərin” və “Qız qalası” bəndlərinin tikilməsində hər iki ölkənin mənafeyini nəzərə alaraq tərəflər razılığa gəlmişlər ki, ən çoxu dörd ay ərzində həmin bəndlərin Araz çayı üzərindəki müştərək zonasında tikinti işləri başlansın. Lazımi şərait yaradıldıqda hər iki bəndin tikinti xərclərini İran hökuməti təmin edəcək, xərclərin Azərbaycanın payına düşən məbləği həmin stansiyalarda istehsal olunan elektrik enerjisi hesabına qaytarılacaq və bu, sonrakı sazişlərlə müəyyənləşdiriləcəkdir. Tərəflər Araz çayının su potensialından istifadə etməklə, hər iki sahilin Ordubad və Mərzə məntəqələrində su elektrik stansiyaları tikintisinə icazə verirlər.

JURNALİSTLƏRLƏ GÖRÜŞ

İyulun 2-də gecə Azərbaycan Prezidenti Vətənə yola düşərkən Heydər Əliyev və Haşimi-Rəfsəncani “Mehrabad” hava limanında jurnalistlərlə qısa görüş keçirdilər. Azərbaycan Prezidenti dedi ki, mən dörd gündür İran İslam Respublikasında rəsmi səfərdəyəm. Həmin günlərdə İranın rəhbərləri ilə çox səmərəli, mənalı danışıqlarımız oldu. İran İslam Respublikasının Prezidenti Haşimi-Rəfsəncani ilə mən, habelə hər iki ölkənin bir sıra nazirləri yekun sənədlərini imzaladıq.

Görüşlərimizin, danışıqlarımızın hamısı dostluq və qarşılıqlı anlaşma şəraitində keçdi. İranlı dostlarımız mənə və məni müşayiət edən Azərbaycan nümayəndə heyətinə çox böyük qonaqpərvərlik göstərdilər. Bu günlər ərzində biz mehribanlıq və qayğıkeşliklə əhatə olunmuşduq. Hesab edirəm ki, görüşlərimiz, danışıqlarımız, imza etdiyimiz sənədlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan dostluq və qardaşlıq əlaqələrinin gələcəkdə də inkişafına kömək edəcəkdir.

Mən Tehranı tərk edərkən əziz dostumuz Haşimi-Rəfsəncaniyə, İran İslan Respublikası dövlətinin başqa rəhbərlərinə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. İran İslam Respublikasının bütün vətəndaşlarına xoş arzularımı söyləyirəm və onların hamısına həyatda xoşbəxtlik, səadət arzulayıram.

İran Prezidenti bildirdi ki, görüşümüzün nəticələri barədə Azərbaycan Prezidenti Heydər Əliyev geniş məlumat verdi. Ancaq mən də bəzi cəhətlərə toxunmaq istəyirəm. Möhtərəm Heydər Əliyevin mənim dəvətimi qəbul edib Tehrana gəlməsi bir çox məsələlər üzrə danışıqlar aparmağımıza imkan yaratdı. Məncə, belə görüşləri davam etdirmək lazımdır. Bizim bugünkü görüşümüş 3-4 saat davam etdi. Qərara aldıq ki, iki dövlət arasında əlaqələri möhkəmləndirmək, beynəlxalq və beynəlmiləl məsələləri araşdırmaq üçün daha çox vaxt ayırmaq lazımdır. Bu gün imzaladığımız sənədlər həmin danışıqları bir növ tamamlayır. Naxçıvana qaz kəməri çəkilməsi, “Xudafərin” bəndində işlərin tamamlanması, nəqliyyat, ticarət, siyasi və mədəni sahələrdə əməkdaşlıq məsələləri həmin sənədlərdə öz əksini tapmışdır.

Müharibə mövzusu da danışıqlarımızda geniş müzakirəyə səbəb oldu. Bu da ondan irəli gəlir ki, Azərbaycan cəlb olunduğu müharibədə zərərçəkən tərəfdir. Biz müharibənin dayandırılması yolları barədə fikir mübadiləsi etdik. Yekdil fikrimiz isə belə oldu: məmləkətdə sülh vacibdir və bunu yalnız dinc yolla əldə etmək olar.

YOLASALMA MƏRASİMİ

İyulun 2-də Tehranın “Mehrabad” hava limanında Azərbaycan Prezidentinin rəsmi yola salınma mərasimi keçirildi. Burada Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezidentlər onlar üçün nəzərdə tutulmuş xüsusi tribunaya qalxdılar. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri ifa olundu. Fəxri qarovul dəstəsinin rəisi prezidentlərə raport verdi. Heydər Əliyev və Haşimi-Rəfsəncani fəxri qarovul dəstəsinin önündən keçdilər.

Səmimi, mehriban görüşdən sonra Azərbaycan Prezidenti təyyarəyə qalxdı.

Yolasalma mərasimində İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayəti və digər rəsmi şəxslər iştirak edirdilər.

AZƏRBAYCAN PREZİDENTİ VƏTƏNƏ QAYITMIŞDIR

İran İslam Respublikasına rəsmi səfəri başa çatdırıb Vətənə qayıdan Azərbaycan Prezidentini gətirən təyyarə iyulun 3-nə keçən gecə Bakının Binə hava limanında yerə endi. Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB-3 VİDEO

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir

ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır

Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədə fəlakət zonasındakı sakinlərə yardımları davam etdirəcək

Politoloq: Bu gün inkişafda olan Azərbaycan-Slovakiya əlaqələrinin böyük perspektivləri var

Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair memorandum imzalanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Aİ Ukrayna üçün təhlükəsizlik zəmanəti layihəsini razılaşdırıb

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir

Vəkil Arzuman Azaflı: İnsanların yardımın məhz Azərbaycan tərəfindən göstərildiyini bilməsi bizim üçün mühümdür

BMT: Çadın 6 milyon əhalisinin ərzaq yardımına ehtiyacı var

Ulu Öndərin anadan olmasının ildönümü Ər-Riyadda da qeyd edilib

Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

Azərbaycan nefti ucuzlaşıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Azərbaycan üçün Bolqarıstan Avropada ən etibarlı tərəfdaş ölkələrdən biridir ŞƏRH

Əlcəzairdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Səfir: Evian-lö-Bən meriyası Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktlarına etinasızlıq göstərdi

Azərbaycan Basketbol Liqası: Bu gün ikinci finalçı bəlli ola bilər

“Paris-2024”ə gedən yol: Mariya Stadnik üçün son şans

Baş nazir Əli Əsədov Mixail Mişustini yenidən Rusiya hökumətinin sədri təyin edilməsi münasibətilə təbrik edib

Sabirabadda yol qəzası olub, xəsarət alanlar var

Yasamalda oğurladıqları avtomobili satmaq istəyən şəxslər saxlanılıblar

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikintinin qarşısı alınıb VİDEO

Xankəndidə 38 avtomat silahı, 8 tapança, 14 tüfəng aşkarlanıb

Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var

“Meta” öz çat-botu olan ödənişsiz saytı istifadəyə verib

Günəş qasırğası ABŞ-da enerji təchizatında fasilə yarada bilər

Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb

Tailandda cari ildə 61 nəfər günvurmadan ölüb

Türkiyənin Karabük Universitetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konsert təşkil olunub

Yerdə güclü maqnit qasırğası baş verib

ABŞ Ukrayna üçün 400 milyon dollarlıq silah paketi ayırıb

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb VİDEO

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb VİDEO

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib VİDEO

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

“Eurovision”un ikiqat qalibi Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub