Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HACIQABUL-KÜRDƏMİR MAGİSTRAL YOLUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HACIQABUL-KÜRDƏMİR MAGİSTRAL YOLUNUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Dekabrın 24-də Bakı-Ələt-Qazax əsas magistral yolunun 85 kilometrlik Hacıqabul-Kürdəmir avtomobil yolunun 75 kilometrlik hissəsinin təntənəli açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı inşaatçılar böyük ehtiramla, hərarətli alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev yolun əsas iqtisadi göstəriciləri ilə tanış oldu.

Doğum günü münasibətilə Prezident İlham Əliyevi təbrik edən nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, Bakı-Ələt-Qazax avtomobil yolunun mühüm hissəsini təşkil edən Hacıqabul-Kürdəmir yolunun tikintisi dövlət büdcəsi vəsaiti və Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilmişdir. Yolun yenidən qurulması ilə bağlı elan olunmuş müsabiqədə İtaliyanın “Todini Konstrakşn” şirkəti və yerli “Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyət qalib gəlmişdir. 2005-ci ilin mayın 16-da isə yolun tikintisinə başlanmışdır. Böyük İpək yolunun bir hissəsini təşkil edən bu yolun ümumi uzunluğu 85 kilometrdir. Layihəyə hazırda fəaliyyətdə olan yolun 75 kilometrlik hissəsinin yenidən qurulması, Kürdəmir rayonu ərazisində 10 kilometrlik yeni yolun, eləcə də Kürdəmir dairəvi avtomobil yolunun tikintisi daxildir. Ümumi dəyəri 97,16 milyon ABŞ dolları olan layihə çərçivəsində Padar çayı üzərində iki körpü, habelə 4 mal-qara keçidi tikilmiş, yerüstü suların axınını təmin edəcək 165 ədəd boru çəkilmişdir. Körpülərin ümumi uzunluğu 72,25 metr, eni isə 33,40 metrdir. İstifadəyə verilmiş avtomobil yolunun birinci dərəcəli hissəsinin uzunluğu 5,7 kilometr, eni 27,5 metrdir. Yolun qalan, ikinci dərəcəli hissəsinin uzunluğu 78,2 kilometr, eni 15 metrdir. Yolun tikintisi zamanı 1,73 milyon kubmetr torpaq və 490 min ton asfalt işləri görülmüşdür. Tikinti işlərində 623 yerli, 16 xarici mütəxəssis çalışmışdır.

Azərbaycan Prezidenti yolun tikintisini və işin gedişatını əks etdirən fotoşəkillərlə tanış oldu.

Bildirildi ki, istifadəyə verilmiş yol Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədinədək olan 503 kilometrlik magistral avtomobil yolunun 14,9 faizini təşkil edir. Gürcüstan sərhədinə qədər əsas magistral yolun tam tikintisi üçün artıq maliyyə imkanları tapılmışdır və yol 2010-cu ildə istifadəyə veriləcəkdir. Ümumi layihə əsasında hissə-hissə Kürdəmir-Ucar, Ucar-Yevlax və Yevlax-Gəncə avtomobil yollarının tikintisi nəzərdə tutulmuşdur. Bundan başqa, Kürdəmirdən Yevlaxadək əlavə 2 zolaqlı yeni yol da çəkiləcəkdir.

Azərbaycanda yol infrastrukturunun yenidən qurulması Almaniya, İtaliya, Çexiya, Türkiyə, Koreya və digər dövlətlərin aparıcı yol tikintisi şirkətlərinin diqqət mərkəzindədir və onlar Nəqliyyat Nazirliyinin təşkil etdiyi müsabiqələrdə iştirak edir. Bakıdan Kürdəmirədək yol genişləndiriləcək və onun kənarlarında qalvanik təhlükəsizlik sədləri qoyulacaqdır.

İLHAM ƏLİYEV: Təkcə bu yol tikilmir, Bakı-Rusiya, Bakı-İran sərhədlərinə qədər yollarda da tikinti başlanmışdır.

ZİYA MƏMMƏDOV: Bəli, bütün istiqamətlərdə - həm şimalda, həm də cənubda. Eyni zamanda, Şamaxı istiqamətində də yenidənqurma işləri gedir. Bütün bu layihələrin həyata keçirilməsində xarici kreditlərlə bərabər, Azərbaycan hökumətinin də payı vardır.

İLHAM ƏLİYEV: Bəli, bu, əvvəldən belə nəzərdə tutulmuşdu. Amma bundan başqa, biz əlavə vəsaitin ayrılması üçün də müvafiq göstərişlər vermişik.

CAVİD QURBANOV: Bu yolun tikintisinə Azərbaycan hökuməti 50 milyon manat vəsait qoymuşdur. Qalan vəsaiti isə Avropa İnkişaf və Yenidənqurma Bankı kredit vermişdir.

ZİYA MƏMMƏDOV: Cənab Prezident, həqiqətən də, Sizin şəxsi təşəbbüsünüz, dəstəyiniz və tapşırıqlarınız olmasaydı, bu yollar belə sürətlə inşa edilə bilməzdi. Çünki beynəlxalq kredit təşkilatları ilə danışıqlar gec baş tutur, müəyyən prosedur qaydaları gec həyata keçirilir. Bir layihəni işləyib başa çatdırmaq üçün iki il vaxt gedir.

İLHAM ƏLİYEV: Həm danışıqlar, həm də daxili prosedurlar orada çox mürəkkəbdir. Ona görə, əlbəttə, həm beynəlxalq maliyyə qurumlarının imkanlarından, həm də öz imkanlarımızdan, artan maliyyə resurslarımızdan istifadə edəcəyik.

X X X
Sonra Prezident İlham Əliyev rəmzi açılışı bildirən qırmızı lenti kəsdi.

Dövlətimizin başçısına xatirə hədiyyələri təqdim olundu.

Prezident İlham Əliyev avtomobilin sükanı arxasına əyləşərək hərəkətin təhlükəsizliyinə, nəqliyyatın normal hərəkətinə hərtərəfli imkan yaradan, tarixi İpək yolunun bir hissəsi olan yeni yolun keyfiyyətini yoxladı.

Dövlətimizin başçısı inşaatçıları təbrik etdi, görülən işləri yüksək qiymətləndirərək dedi ki, Azərbaycanın bütün yolları belə olmalıdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Ölkəmizin bütün yolları belə gözəl, rahat olmalıdır. Bu isə son illər ərzində tikilən yollardan ən yüksək keyfiyyətlisidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır