Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİNİN RUSİYA HÖKUMƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞÜ

AZƏRBAYCAN PREZİDENTİNİN RUSİYA HÖKUMƏTİNİN SƏDRİ İLƏ GÖRÜŞÜ

Sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Moskvada, Rusiya hökumətinin Qəbullar Evində RF hökumətinin sədri Vladimir Putinlə görüşmüşdür.

Rusiya hökumətinin sədri VLADİMİR PUTİN Azərbaycan dövlətinin başçısını salamlayaraq dedi:

-Hörmətli İlham Heydər oğlu, hörmətli həmkarlar. Sizi salamlamağıma çox şadam. Mənə çox xoşdur ki, Siz köhnə dostlarınızı unutmursunuz. Sağ olun. Əminəm ki, biz iqtisadi əlaqələrimizin inkişafı haqqında söhbət edə biləcəyik. Lakin, ilk növbədə, demək istəyirəm ki, bizim dövlətlərarası münasibətlərimiz həqiqətən yüksələn xətlə inkişaf edir. Mən iqtisadi sahədə nail olduğumuz inkişaf sürətinə ən yüksək qiymət verərdim, elə siyasi sahədə də biz daim əlaqə saxlayırıq.

Bildiyiniz kimi, bu yaxınlarda biz Sizin atanızın – Azərbaycan Prezidentinin, keçmiş Sovet İttifaqının və Azərbaycan Respublikasının görkəmli dövlət xadiminin 85 illik yubileyini birlikdə qeyd etdik. Xatırlatmaq istəyirəm ki, Sizin atanız dövlətlərarası münasibətlərimizin inkişafına çox böyük töhfə vermişdir. Biz çox ümid edirik ki, vaxtilə əvvəlki Prezident tərəfindən təməli qoyulmuş müsbət işlər bu gün də, gələcəkdə də çoxalacaqdır.

Mən bunu yaxşı bilirəm və biz görürük ki, son illərdə Azərbaycanın xarici siyasətinin Rusiya istiqamətində varislik təmin edilmişdir və biz belə hesab edirik ki, siyasi səviyyədə toplanmış müsbət nə varsa, qarşılıqlı iqtisadi əlaqələrə çevrilməlidir. İndi dünya maliyyə bazarlarında, dünya iqtisadiyyatında rəqabətin kifayət qədər geniş miqyas aldığını gördüyümüz bir vaxtda bu, xüsusilə aktualdır.

Hazırda dünya bazarlarından alınan məlumatlar sadəcə olaraq təşviş doğurur. Biz həmin bazarlarda nələr baş verdiyini görürük. Qərbin demək olar ki, bütün bazarlarında tənəzzül müşahidə olunur. Bu, heç şübhəsiz, bizim iqtisadiyyata da bu və ya digər dərəcədə təsir göstərir, çünki iqtisadiyyatımız qlobal dünya iqtisadiyyatının tərkib hissəsidir. Lakin Rusiyanın Azərbaycan üçün olduğu kimi, Azərbaycan də bizim üçün həmişə etibarlı tərəfdaş olmuşdur və belə olaraq qalır. Sizə demək istəyirəm ki, dünya iqtisadiyyatında baş verən bu mürəkkəb hadisələrdən biz sakit ötüşəcəyik. Rusiyanın maliyyə bazarlarında likvidliyi dəstəkləmək üçün təkcə bu gün Maliyyə Nazirliyi 150 milyard rubl, Mərkəzi Bank isə 325 milyard rubl yerləşdirmişdir. Maliyyə Nazirliyi sabah yerləşdiriləcək məbləği iki dəfədən çox artıraraq, 350 milyard rubla çatdırmaq niyyətindədir. Hazırda maliyyə naziri və Mərkəzi Bankın sədri Rusiyanın ən iri banklarının rəhbərləri ilə gələcək birgə fəaliyyəti müzakirə edirlər. Biz şübhə etmirik ki, son illərdə Rusiya iqtisadiyyatında yaradılmış təhlükəsizlik “yastıqları” öz səmərəsini verəcəkdir. Hazırda biz Mərkəzi Bank tərəfindən uzunmüddətli təsir vasitələrinin tətbiq edilməsinin mümkünlüyünü də öyrənirik. Bizim bu cür praktikamız var. Biz səliqə ilə, düşünülmüş şəkildə hərəkət edəcəyik.

Mən Azərbaycan iqtisadiyyatındakı müsbət artım meyillərini nəzərə alaraq bilirəm ki, bu, nəinki MDB məkanı üçün, hətta dünya miqyasında rekorddur - keçən il Azərbaycan iqtisadiyyatında 25 faiz, bu il 18 faiz artım olmuşdur. Bizdə bu ilin birinci yarısında iqtisadi artım 8 faiz, bütövlükdə keçən il 8,1 faiz olmuşdur. Bu, sabitlik elementidir və biz, əlbəttə, ondan istifadə etməliyik. Təbii ki, bu şəraitdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr arasında iqtisadi münasibətlərə tələbat daha çoxdur, kooperasiyanın dərinliyi və bizim qarşılıqlı əlaqələrimizin dərəcəsi bunu tələb edir. Sizi görməyimizə çox şadıq. Zənnimcə, lazımi vaxtda biz Moskvada görüşəcəyik.

Prezident İLHAM ƏLİYEV Rusiya hökumətinin başçısına müraciətlə dedi:

-Sağ olun, Vladimir Vladimiroviç. Mən də Sizi görməyimə və ikitərəfli münasibətlərimiz, regional əməkdaşlıq haqqında, eləcə də ölkələrimizin iqtisadi uğurları və yeni birgə layihələrin imkanları barədə bir daha fikir mübadiləsi aparmaq imkanına görə çox şadam.

Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasında münasibətlər çox müsbət şəkildə inkişaf edir. Biz bunu çox yüksək qiymətləndiririk. Onu da qeyd etmək istərdim ki, ölkələrimiz arasında müasir münasibətlərin əsasını Siz və Azərbaycan Prezidenti Heydər Əliyev qoymuşsunuz. Mən bunu çox yaxşı xatırlayıram. Sizin ilk görüşünüz, sonra isə Sizin Azərbaycana səfəriniz – bu, Rusiya Prezidentinin bizim ölkəyə ilk rəsmi səfəri idi, - ölkələrimiz arasında münasibətlərin inkişafının əsas mərhələləri oldu, bundan sonra biz çox böyük tərəqqinin şahidi olduq. İndi, o vaxtdan 8 il keçəndən sonra biz Rusiya ilə Azərbaycan arasında bütün sahələri əhatə edən, çox dinamik inkişaf edən münasibətlərin bütün bəhrələrindən istifadə edirik. Əlbəttə, Moskvada Heydər Əliyevin xatirəsinə göstərilən münasibət – onun yubileyinin keçirilməsi, eləcə də Baykal-Amur dəmir yolunun stansiyalarından birinə onun adının verilməsi, bununla əlaqədar çox səmimi mərasim keçirilməsi Azərbaycanda bizim hamımız üçün çox dəyərlidir. Bütün bunlar Azərbaycanda çox yüksək qiymətləndirilir.

Bizim ölkələr arasında münasibətlər təkcə siyasi maraqlar xarakteri daşımır, bu münasibətlər həm də çox səmimi, ürəkdən gələn münasibətlərdir və münasibətlərimizin tarixini və xalqlarımızın yanaşı yaşamaq ənənələrini əks etdirir. Əminəm ki, gələcəkdə biz birgə səylərimizlə bu münasibətləri daha da genişləndirəcəyik. Bizim aramızda çox fəal siyasi dialoq var. Sizinlə çoxsaylı görüşlərimizi xatırlayıram. Bu gün Rusiya siyasətində də Azərbaycana münasibətdə varislik qorunub saxlanır. Ona görə də biz paralel yollarla gedirik və bu, bizim uğurlarımızın rəhnidir.

İndi Rusiya da, Azərbaycan da postsovet məkanında siyasi proseslər, iqtisadi nailiyyətlər baxımından ən dinamik inkişaf edən ölkələrdir. Son beş ildə Azərbaycanda iqtisadiyyatın həcmi 2,7 dəfə artmışdır. Əlbəttə, artmaqda olan bu potensial əməkdaşlığı daha da dərinləşdirməyə imkan verir. Biz buna çox ümid bəsləyirik və mən əminəm ki, qarşılıqlı siyasi əlaqələrin hazırda mövcud olan və möhkəmlənən səviyyəsi yeni iqtisadi təşəbbüslər üçün yaxşı zəmin yaradır. Əlbəttə, Sizin qeyd etdiyiniz kimi, dünya maliyyə bazarlarında yaranmış mürəkkəb şəraitdə biz bu məqamları nəzərə almalı, əməkdaşlığın potensialını təshih etməli və artırmalıyıq. Bu il əmtəə dövriyyəmiz çox böyük sürətlə, 50 faizdən çox artmışdır, özü də onun strukturu yaxşılığa doğru dəyişir. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər qarşılıqlı maraqlar, dostluq, mehriban qonşuluq əsasında qurulursa, bu münasibətlər proqnozlaşdırıla bilirsə, iqtisadi inkişafla bağlı bütün məsələlər daha uğurla həll edilir. Buna görə də münasibətlərimizin mövcud səviyyəsi məni çox sevindirir və ümid edirəm ki, bu münasibətlər bütün istiqamətlər üzrə genişlənəcək, şəxsi planda isə Sizinlə yenidən görüşəcəyik.

VLADİMİR PUTİN: Gərək ki, sizdə ikiqat profisit yaranmışdır – həm büdcədə, həm də ticarətdə, elədirmi?

İLHAM ƏLİYEV: Elədir, çox böyük profisit yaranmışdır. Son beş il yarımda büdcəyə daxilolmalar 15 dəfə artmışdır, büdcənin xərcləri də sürətlə artır. Təbii ki, bu vəziyyət inflyasiyaya mənfi təsir göstərir, lakin bu, bizim iqtisadi artım üçün ödədiyimiz qiymətdir və hesab edirəm, bu meyillər gələcəkdə də davam edəcəkdir. Əlbəttə, ÜDM-in 35 faiz və 25 artması yəqin ki, artıq tarixə çevrilmişdir, lakin artımın keyfiyyəti bizim maraqlarımıza daha çox uyğun gələcəkdir. Biz gələcəyə nikbin baxırıq - həm iqtisadi təşəbbüslər çərçivəsində, həm də ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib