Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Biz birlikdə güclüyük!

Bakı, 12 may, AZƏRTAC

Bəşəriyyətin başı üzərini almış koronavirus (COVID-19) təhlükəsi öz acı fəsadlarını törətməkdədir. Dünyanı təşvişə salmış bu infeksiya bir çox ölkələrin iqtisadiyyatını çökdürüb, səhiyyə sistemini ciddi çətinliklərlə üz-üzə qoyub.

Azərbaycan dünyanın bir parçası olduğundan koronavirus təhlükəsi bizim də ölkəmizdən yan keçmədi. Lakin koronavirus pandemiyasının sürətlə yayılması fonunda ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövlətinin vaxtında atdığı addımlar bu gün onu deməyə əsas verir ki, ölkəmiz bu ağır sınaqdan üzüağ çıxacaq. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda da bildirildiyi kimi, koronavirusa qarşı aparılan mübarizəyə görə Azərbaycan dünyada nümunəvi ölkələrdəndir. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısı tərəfindən “Biz birlikdə güclüyük!” çağırışı bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqının yüksək məsuliyyətə və nizam- intizama malik olduğunu və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hər an hazır olduğunu nümayiş etdirdi. Qeyd edilməlidir ki, ölkədə pandemiya ilə mübarizə sahəsində görülən bütün tədbirlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti altındadır.

COVID-19-un ölkəmizdə geniş yayılmasının və acı fəsadlar törətməsinin qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlərə Fövqəladə Hallar Nazirliyinin bütün aidiyyəti qurumları cəlb edilib. Belə ki, nazirliyin Tibb Xidməti, Mülki Müdafiə Qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti, regional mərkəzləri və digər aidiyyəti strukturları qarşıya qoyulan vəzifələrin icrasında dövlət orqanları ilə birlikdə fəaliyyət dairəsini genişləndirib. İlk günlərdən etibarən Fövqəladə Hallar Nazirliyi təxirəsalınmaz vəzifələrin əməli həllinə nail olmaq üçün zəruri addımlar ataraq respublikamızın ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, İran İslam Respublikası ilə “Astara”, “Biləsuvar”, Rusiya Federasiyası ilə “Xanoba”, “Samur” və Gürcüstan ilə “Mazımçay”, “Qırmızı körpü” sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri yaradaraq onların ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini təmin edib. Qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, qidalanma, sanitar-gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı bütün məsələlər kompleks şəkildə həllini tapıb. Yeri gəlmişkən, fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxsləri burada təkrar müayinə edərək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyəsini, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalmasını təmin ediblər.

Beləliklə, fevralın 27-dən aprelin 5-nə qədər sözügedən qəbul-çeşidləmə məntəqələrində ölkəmizə daxil olan və müayinədən keçirilən ümumilikdə, 9000-ə yaxın insandan cəmi 100 nəfərdə yoluxmaya şübhəli əlamətlər aşkar edildiyi üçün həmin şəxslərin dəqiq diaqnoz qoyulması məqsədilə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə təxliyəsi təmin edilib.

Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi mütəmadi olaraq qəbul-çeşidləmə məntəqələrində olaraq mövcud şəraiti dəyərləndirib, sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşlər keçirib. Həmin görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumatlar verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub. Eyni zamanda, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması üçün görülmüş işlər bir daha nəzərdən keçirilərək zəruri göstərişlər verilib.

Bütün bunlara görə “müvəqqəti sakinlər” burada yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Bir məqama da toxunum ki, aprelin 5-dən mayın 31-nə qədər yükdaşımalar istisna olmaqla, ölkəmizə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın tam şəkildə dayandırılması barədə Azərbaycan Respublikası Hökuməti tərəfindən müvafiq qərar qəbul olunub. Bununla bağlı FHN əməkdaşları ölkəyə daxil olan yük avtomobillərinin sürücülərinin qəbul edilməsi, onların həkim müayinəsindən keçirilməsi və müvəqqəti olaraq, yüklər aidiyyəti üzrə təhvil verilənədək qəbul-çeşidləmə məntəqələrində saxlanılması istiqamətində fəaliyyət göstərirlər. Müayinə zamanı yük avtomobillərinin sürücüsü olan xarici ölkə vətəndaşlarında hər hansı yoluxma şübhəsi aşkar olunduqda həmin şəxslər dərhal sərhəd-keçid məntəqələrindən geri qaytarılır. Onların gətirdikləri yüklər yerli şirkətlərin nümayəndələrinə təhvil verilir. Məntəqələrdə müvəqqəti olaraq qalan yük avtomobili sürücüləri gündə üç dəfə isti yeməklə təmin olunur, həkim nəzarətində olur və özləri də ehtiyac duyduqları zaman həkimlərin köməyindən yararlana bilirlər. Bunlarla yanaşı, tranzit olaraq ölkə ərazisindən keçən yük avtomobillərinin sürücüləri də, bir qayda olaraq, həkim müayinəsinə cəlb edilirlər.

Qeyd etmək istərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkə ərazisində silsilə tədbirlərini davam etdirir. Belə ki, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirir, müxtəlif məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərində də yaxından iştirak edir. Nazirlik tərəfindən Bakı şəhərinin Xəzər, Binəqədi, Xətai, Qaradağ, Nərimanov və Nəsimi, habelə respublikanın Abşeron, Qəbələ, Beyləqan, Lənkəran və Bərdə rayonlarında yaşayan, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkilərək onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Ümumilikdə 4750 ailəyə yardım çatdıran FHN əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən də danışıblar. Həmçinin nazirlik möhtərəm cənab Prezidentin imzaladığı müvafiq Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon 30 min manat məbləğində ianə etmişdir.

Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bütün tədbirlərdə yaxından iştirak edən və qarşıya qoyulmuş prioritet vəzifələri layiqincə yerinə yetirən FHN-in şəxsi heyəti Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq könüllü qanvermə aksiyasına qoşulub. Qanvermə aksiyası irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Qan Bankının tibbi personalının iştirakı ilə FHN-in Tibb Xidmətinin Tibb Mərkəzində, həmçinin Nazirliyin Cənub Regional Mərkəzində təşkil olunub.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək olmaq məqsədilə aprelin 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. Psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətdə olan insanların yanında olmaq, onları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir. 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Fəaliyyət göstərdiyi müddətdə psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 750-yə qədər müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatlıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində davamlı iş rejiminə alışmış və hazırda bu rejimi düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil. Vətəndaşlar FHN-in bu xidmətindən də razılıq edir və göstərilən yardıma görə öz təşəkkürlərini bildirirlər.

Göründüyü kimi, Fövqəladə Hallar Nazirliyi respublikamızın koronavirus təhlükəsindən az itki ilə xilas olunması üçün aidiyyəti üzrə bütün imkanlardan səmərəli istifadə edir və mübarizəni sona qədər davam etdirmək əzmindədir.

Mehman İsmayılov

Fövqəladə Hallar Nazirliyi işçilərinin

Həmkarlar İttifaqının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO