Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Bizi irəliyə aparan Vətən sevgisi idi” adlı tədbir keçirilib

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin aprelin 30-da xüsusi təyinatlılar qarşısında çıxışı Azərbaycan əsgərinin Vətən sevgisini, vətənpərvərlik hissini, döyüş ruhunu daha da artırıb. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növü, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olması barədə kütləvi informasiya vasitələrində yayımlanan materiallar öyrənilir, videolar nümayiş etdirilir, Müzəffər Ali Baş Komandanın çıxışının kütləvi dinləmələri təşkil olunur. Dövlətimizin başçısı digər çıxış, nitq və müsahibələrində olduğu kimi, xüsusi təyinatlılar qarşısında çıxışı zamanı da Vətən müharibəsində möhtəşəm Zəfərin qazanılmasında müstəsna xidmətləri olan Ordumuzun və onun mübariz, igid döyüşçülərinin xidmətlərini yüksək dəyərləndirib və onlara yeni uğurlar, yeni qələbələr arzulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə gündən sonra “Hərbi and” içəcək gənc əsgərlərlə keçirilən “Bizi irəliyə aparan Vətən sevgisi idi” adlı tədbirdə də Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi təyinatlılar qarşısındakı çıxışı dinlənilib, dövlətimizin başçısının çıxışında toxunduğu mühüm məqamlar gənc əsgərlərə ətraflı izah olunub.

Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani gənc əsgərləri salamlayıb və aparıcısı olduğu tədbirlə bağlı unudulmaz təəssüratlarını şəxsi heyətlə bölüşüb.

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandanın çıxışından səsləndirilən fraqmentləri alqışlarla qarşılayıblar: “Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir... Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfəri bizim tariximizdə əbədi qalacaq. Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub... Mən demişdim, heç nə və heç kim bizi dayandıra bilməz, biz sona qədər gedəcəyik, düşməni sona qədər torpaqlarımızdan qovacağıq və düşmən kapitulyasiya aktını imzalayandan sonra müharibə dayana bilər, belə də oldu. Sözümüzə yenə də sadiqlik göstərmişik. İlk günlərdən Ordumuz irəliyə gedirdi, bir dəfə də olsun geriyə addım atmamışdır. Ermənistan ordusunda özlərinin etiraflarına görə, on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də fərari olmamışdır. Budur, Azərbaycan xalqının mənəvi keyfiyyətləri, budur milli ruhumuz, Vətən sevgisi. Bizi irəliyə aparan Vətən sevgisi idi...”.

Vətən müharibəsi iştirakçılarından Vüqar Allacov, Tural Abdullayev, Vurğun Mənsimov və digər hərbi qulluqçular çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi təyinatlılar qarşısındakı çıxışını şəxsi heyətlə birlikdə izlədiklərini və Müzəffər Ali Baş Komandanın bu nitqinin hər bir əsgər və zabitin böyük ruh yüksəkliyinə səbəb olduğunu vurğulayıb və Azərbaycan naminə hər bir əmrə hazır olduqlarını bəyan ediblər.

Gənc əsgərlər adından çıxış edən İlqar Babayev Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin, qazilərimizin və rəşadətli, qalib müharibə iştirakçılarının qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcəklərinə və Müzəffər Ali Baş Komandanımızın etimadını nümunəvi xidmətləri ilə hər an doğruldacaqlarına söz verib.

Müharibə iştirakçılarına və Azərbaycan Ordusunda xidmətinin ilk günlərindən fərqlənən gənc əsgərlərə A.Qurbaninin “Vətən müharibəsi şəhidləri”, “Böyük gələcəyə baxış”, Vahid Əzizin şeirlər toplusu və Rəşid Faxralının “Əsgər nəfəsi” kitabları hədiyyə edilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin iştirakı ilə vətənpərvərlik mahnıları, şeirlər və möhtəşəm qələbəmizi tərənnüm edən milli rəqslər ifa olunub.

Tədbir gənc əsgərlərin birlikdə səsləndirdikləri “Bizi də irəliyə Vətən sevgimiz aparacaqdır!” andı ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

DMX rəisi miqrasiya proseslərini asanlaşdırmaq üçün görülən işləri açıqlayıb

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub

Mədəniyyətlərarası Dialoq Forumunda Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi mövzusunda müzakirələr aparılıb

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

CNN: Kolumbiya Universitetində etiraz aksiyaları zamanı 230 nəfər həbs edilib

Məktəb direktoru müavinləri üçün təlimlər davam edir

Qabriela Ramos: Süni intellekt Bakı Forumunun ən vacib mövzularındandır

Türk alim kitabxanaların süni intellektə inteqrasiyası üzrə layihə hazırlayır

“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş

Bürünc medalçı: Yarış mənim üçün gərgin və maraqlı keçdi

® “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb

® “Unibank” yaşıl layihələrin dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb

Yalçın Rəfiyev: COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir

“Azerbaijan Fish Farm” şirkəti BDU-da təlim keçirib

İspaniyada restavrasiya olunmuş 1000 illik qılınc regionun zəngin İslam mədəniyyətini əks etdirir

Prezident İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib   YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024”: Azərbaycan avarçəkəni üçüncü yeri tutub

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Hərbi Dəniz Qüvvələrinin NATO-nun nümayəndələri ilə görüşü keçirilib

BMT-nin ali nümayəndəsi Migel Anxel Moratinos: COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm

“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib

Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına Şəki-Zaqatala bölgəsi üzrə 80 şagird vəsiqə qazanıb

Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlanıb

Prorektor: Kibermühit yeni fenomendir və biz bu məsələni nəzarətdə saxlamalıyıq VİDEO

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır

Silahlı münaqişə kontekstində saxlanılan şəxslərin statusuna dair seminar keçirilib

Gürcüstanın mədəniyyət və idman naziri: Azərbaycanla şərəf hissi ilə əməkdaşlıq edirik

Azərbaycan savatçısı beynəlxalq turnirdə qızıl medal qazanıb

Çinin üçüncü təyyarədaşıyan gəmisi ilk səfərinə başlayıb VİDEO

Alpaslan Özerdem: Ksenofobiya və ayrı-seçkilikdən söhbət açarkən siyasi qütbləşmədən də danışmaq lazımdır

Muxtar Babayev: Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında yaşıl iqtisadiyyata keçid mühüm yer tutur

Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib YENİLƏNİB VİDEO

Adil Kərimli: Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanlar hər zaman sülh içərisində yaşayıb VİDEO

ANAMA: Ötən ay 2500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə edilib

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölən və itkin düşənlər var

Çingiz Hüseynzadə: Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir

Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bundan sonra da müstəmləkəçiliyə qarşı mübarizəyə dair beynəlxalq tədbirlər keçirəcək VİDEO

Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi - dəyirmi masa

Nazir müavini: Təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar

Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Rusiyadan idxal olunan toxumluq kartof məhsulunda zərərli orqanizm aşkarlanıb

Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb

Moskva Patriarxlığının nümayəndəsi: Azərbaycanda dinlərarası münasibətlərin çox gözəl modelini görürük VİDEO

AZƏRTAC-ın əməkdaşları şəhid-jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər

Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO VİDEO

Dilçilik İnstitutunda Türkiyə universitetlərinin nümayəndələri ilə görüş olub

UNESCO-ya üzv ölkələrin daimi nümayəndələrinə regiondakı son proseslər barədə məlumat verilib

“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib olublar

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir

Blinken Qüdsdə Netanyahu ilə görüşüb

Avropa çempionatı: Azərbaycanın amputant millisinin oyunlarının təqvimi açıqlanıb

Dünyada 1 May nümayişləri: Makronun maketi və etiraz şüarları

Asmita Satyarthi: Hazırda bütün dünya sivilizasiyalar böhranın girdabındadır

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Devid Bednar: Azərbaycan multikultural və tolerant ölkə kimi nümunə göstərir

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində Lənkəran və Astarada fermer təsərrüfatlarına dəstək göstərilib