Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir

Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan terrorçu kimi düşünməkdə davam edir

Bakı, 18 avqust (AZƏRTAC). “Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə dövlət başçılarının qapalı görüşünün yekunları barədə bəyanatları onu göstərir ki, Ermənistanın indiki rəhbəri ağır geosiyasi vəziyyətdə olan ölkə barədə deyil, ilk növbədə, öz hakimiyyətini qoruyub saxlamaq və möhkəmlətmək, öz klanının mənafeləri barədə düşünür. Sarkisyanın riyakarlığının həddi-hüdudu olmaması tamamilə aşkardır. Yaxşı deyiblər ki, siyasətdə vicdanlılıq gücə, riyakarlıq isə zəifliyə dəlalət edir. Sarkisyan özünü konstruktiv və tolerant düşüncə sahibi kimi göstərməyə çalışır, lakin praktiki olaraq buna nail ola bilmir”.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut AZƏRTAC-ın müxbiri ilə söhbətində Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra verdiyi bəyanatları belə şərh edib.

Xatırladaq ki, Serj Sarkisyan Ermənistana qayıdandan sonra həmin danışıqların bəzi məqamlarını təhrif edilmiş formada səsləndirib. Arye Qutun fikrincə, Ermənistan geosiyasi fiaskoya məruz qalıb.

İsrailli analitik deyib: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Ölkənin büdcəsi boşdur. Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (onun özəl transfertləri ildə təxminən 2 milyard dollara bərabərdir) və ABŞ Konqresinin sponsor köməyidir. Ölkədə ağır siyasi-iqtisadi vəziyyət üzündən adamlar Ermənistanı tərk edir. Azərbaycan ərazilərinin işğal edilməsi və Ermənistanın Türkiyəyə qarşı tarixi iddiaları bu ölkəni tam maliyyə kollapsı və regionda təcrid olunma vəziyyətinə gətirib çıxarıb.

Aydındır ki, Azərbaycan ilə münaqişənin nizamlanmaması ilk növbədə Ermənistandakı Qarabağ klanının xeyrinədir. Mövcud status-kvo-nun saxlanması bu klanın həyati maraqlarına uyğundur. Serj Sarkisyan başda olmaqla Ermənistanın siyasi elitası bu ölkə ilə Azərbaycan arasında münaqişədən öz mənafeyi üçün istifadə edir. Hakimiyyət orqanları sosial etirazların təzyiqi ilə üzləşdikdə Azərbaycan tərəfindən hərbi əməliyyatlara başlanması üçün əlverişli şərait yaranmasında Ermənistan ictimaiyyətini və müxalifət liderlərini təqsirləndirirlər. Ermənistanın pozucu və təcavüzkar mövqeyi Azərbaycanı münaqişənin nizamlanması üçün başqa vasitələr axtarmağa məcbur edir. Danışıqlar prosesində Azərbaycan diplomatiyasının iştirak etməsi faktı onu göstərir ki, cüzi də olsa ümid qalır. Lakin mülayimləşmə prosesi gec-tez sona çatır. Qoşunların təmas xəttində son hadisələr və Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla qaytarmağa hazır olması bu tezisi bir daha təsdiq edir”.

Arye Qut qeyd edib ki, Ermənistan prezidentinin davakar çıxışları Azərbaycana əsla təsir göstərmir. Arye Qut vurğulayıb: “Serj Sarkisyan hələ də elə fikirləşir ki, bugünkü Azərbaycan XX əsrin 90-cı illərinin əvvəlindəki Azərbaycan kimidir. Əslində isə bu gün Azərbaycan tamamilə başqa, regionda güclü geosiyasi və hərbi potensiala malik olan ölkədir. Ermənistandan fərqli olaraq Azərbaycana regionda heç kəs öz fikrini diktə edə bilməz. Aşkar görünür ki, bu iki ölkənin iqtisadi və hərbi inkişafı arasında böyük bir uçurum var. Azərbaycan Prezidenti əsl diplomat və dövlət xadimi kimi bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqa uyğun ədalətli həlli danışıqlar yolu ilə tapılacaqdır.

Ermənistanın siyasi səhnəsində təsadüfi adam olan Serj Sarkisyan isə dövləti təfəkkürü olmayan terrorçu kimi düşünməkdə davam edir. Ermənistan Prezidenti Soçidə üçtərəfli görüşdən Yerevana çatar-çatmaz bəyan edib ki, Azərbaycanın istənilən şəhərini Ağdama çevirməyə hazırdır. İsrail analitiki qeyd edir: “Azərbaycanın Xocalı şəhərində Serj Sarkisyan tərəfindən bilavasitə təşkil edilmiş kütləvi qırğın və qanlı cinayətlər heç kəsin yadından çıxmayıb. Bu əməllər nəticəsində bir gecədə 613 dinc sakin məhv edilib. Ermənistan Prezidenti öz əməllərinə və hərəkətlərinə görə xəcalət çəkmək əvəzinə bununla fəxr edir. Bəli, təəssüf ki, işğalçı Ermənistan qoşunları Ağdam şəhərini yerlə yeksan ediblər, faktiki olaraq şəhərdəki bütün tikililər dağıdılıb, bütün evlər qarət edilib, sonra isə yandırılıb. Mən başa düşə bilmirəm, Ermənistan Prezidenti bu terror və işğal faktları ilə necə fəxr edir. Təəssüf ki, ikinci dəfə Ermənistan Prezidenti seçilməsinə baxmayaraq Sarkisyan yenə terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir və məhz bu səbəbdən 20 ildən artıq davam edən danışıqlarda heç bir nəticə və real irəliləyiş yoxdur”.

Arye Qut erməni tərəfin qoşunların təmas xəttində məruz qaldığı itkiləri gizlətməyə çalışmasını şərh edərək deyib ki, rəsmi Yerevan cəbhə xəttində itkilər barədə həqiqi məlumatları gizlətməyə çalışır, əhali arasında vahimə yaranacağından ehtiyat edir, çünki bu, Ermənistanda protest əhval-ruhiyyəsini daha da gücləndirə bilər. Arye Qut vurğulayıb: “Bu gün Ermənistanın korrupsiyaya qurşanmış avtoritar, dilənçi vəziyyətində bir ölkə olması danılmaz faktdır. Ermənistan gəncləri onları öz vətənində dilənçi kimi yaşamağa məcbur etmiş iqtidarı lənətləyərək Türkiyəyə və Rusiyaya köçürlər, özü də bütün ailəsi ilə birlikdə və həmişəlik. Ermənistanda orduya çağırışçılarla bağlı problemlər olması artıq bu gün hiss edilir. Bu ölkədə öz gələcəyini və uşaqlarının gələcəyini təsəvvür etməyən gənclər onu necə müdafiə edəcəklər! Bu baxımdan, Ermənistanın hakim klanının onlarca əsgərin həlak olması xəbərlərini nə üçün gizlətməsinin və bu barədə praktiki olaraq nə üçün danışmamasının səbəbi aydındır”.

Arye Qut erməni hərbçilərinin insanlığa zidd davranışına da diqqəti cəlb edir. O vurğulayıb: “Ağlasığmaz vəhşiliklə törədilmiş Xocalı qırğınının əsas təşkilatçılarından biri olan prezident Sarkisyan barəsində “humanistlik” anlayışını dilə gətirmək çətindir. Bu faciənin qəddar və amansız səhnələri Azərbaycanın qəlbində bir yara kimi həmişəlik qalacaqdır. O vaxt Serj Sarkisyanın rəhbərlik etdiyi erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində 613 nəfər öldürülüb, 487 adam əlil olub, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir düşərək dəhşətli iztirablara, təhqirlərə və alçaldılmağa məruz qalıb. Serj Sarkisyan hansı humanizmdən danışa bilər ki, Azərbaycanın Xocalı şəhərinin mülki əhalisi yalnız azərbaycanlı olduğuna görə etnik təmizləməyə məruz qalıb və məhv edilib. Günahsız uşaqlara, qadınlara və qocalara münasibətdə bu vəhşicəsinə qəddarlıq heç cür izah edilə bilməz, Ermənistan prezidenti isə humanizmdən danışır”.

İsrailli ekspertin sözlərinə görə, Sarkisyanın hakim klanı hətta humanitar xarakterli məsələləri, o cümlədən girovlar və həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə bağlı məsələləri də həll etmək iqtidarında deyildir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın 5,5 mindən çox vətəndaşı Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş ərazilərində itkin düşən, əsir alınan və girov götürülən şəxslər siyahısındadır. İtkin düşən 4015 vətəndaşdan 877-sinin, o cümlədən 56 uşağın, 327 qadının və 364 qocanın əsir alınması və girov götürülməsi barədə materialların müxtəlif beynəlxalq təşkilatlara göndərilməsinə baxmayaraq, Ermənistan bu adamlar haqqında heç bir məlumat vermir. Erməni tərəfi bu adamların əsir götürülməsi faktını tamamilə inkar edir, halbuki Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin nümayəndələri həmin siyahıdakı bəzi adamlarla əsirlikdə görüşüblər. Həmin insanların erməni əsirliyində saxlanması faktını beynəlxalq hüquq müdafiəçiləri qrupu da təsdiq edib. Bu adamların bir qismi erməni əsirliyində xəstəlik üzündən dünyasını dəyişib, digərləri amansızcasına öldürülüb, bəziləri isə indiyə qədər kölə kimi ən ağır işlərin görülməsi üçün istifadə edilir, Ermənistan prezidenti isə bütün bu faktlardan sonra həyasızcasına humanizmdən danışır. Bu yerdə məşhur qədim yunan filosofu Demokritin sözlərini xatırlamamaq olmur: “Rüsvayçı hərəkətlər edən ilk növbədə öz əməllərinə görə utanmalıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNƏCƏK

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub  YENİLƏNƏCƏK

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb VİDEO

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO

46-cı ICPC dünya finalı iştirakçıları olan ADA komandasının mükafatlandırılması keçirilib

Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb

“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri gender bərabərliyinin təminində qarşıya çıxan problemlərdən danışıb

Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək

Rüstəm Hüseynov Bakıdakı Rus evində yeni mühazirə oxuyub

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb

Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb

Zelenski: Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmir

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir ŞƏRH

Avrozonada apreldə inflyasiyanın ən az artımı Litvada qeydə alınıb

Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşə çıxır

“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Agentlik sədri: Proqramlaşdırma müsabiqələrinin rolu ölkənin rəqəmsallaşmasında vacibdir

Merilənd Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar

Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Milli motivlər əsasında hazırlanmış zinət əşyaları ABŞ-da təqdim olunub

Məleykə Abbaszadə: Abituriyentlər yalnız öz güclərinə güvənsinlər VİDEO

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Şəki Xan sarayı bərpa olunacaq VİDEO

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar