Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Könüllülər ilində” DOST könüllülərinin fəaliyyəti daha da genişlənəcək

“Könüllülər ilində” DOST könüllülərinin fəaliyyəti daha da genişlənəcək

Bakı, 30 yanvar, AZƏRTAC

Ötən il aprelin 12-də DOST Agentliyində könüllülük fəaliyyətinə başlanılıb. Könüllülər əsasən DOST mərkəzlərinə müraciət edən vətəndaşların müvafiq xidmət pəncərələrinə yönləndirilməsi, mərkəzə üz tutan sakinlərin növbələrinin tənzimlənməsi, onların arasında rəy sorğularının keçirilməsi, sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərə, yaşlılara xüsusi kömək göstərilməsi, müxtəlif anket forma və ərizələrin doldurulmasına yardım göstərilməsi, elektron xidmətlərdən istifadə edilməsi məsələləri ilə məşğul olurlar. DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev könüllülük proqramları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- “DOST” Mərkəzi bir ildən az müddətdir ki fəaliyyət göstərir. Lakin bu qısa müddətdə “DOST” Mərkəzində bir neçə könüllülük proqramı həyata keçirilir. Bu proqramlar barədə məlumat vermənizi xahiş edirik.

- Həyata keçirilən proqramlardan biri “Gənc DOST” altproqramıdır. Bu proqram 16 yaşından 29 yaşınadək olan gənclərin, o cümlədən əlilliyi olan şəxslərin vətəndaşlara xidmət sahəsində təcrübə qazanması, işgüzar vərdişlər əldə etməsi, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarının təməlinin qoyulması məqsədi daşıyır. Həmin altproqram üzrə indiyədək 8500-dən çox gənc müraciət edib, onlardan 900 nəfərlə aparılan müsahibədən sonra 241 nəfər könüllü fəaliyyətə cəlb olunub. Könüllülərin iki aylıq fəaliyyəti qiymətləndirilərək onlara müxtəlif dərəcəli sertifikatlar təqdim olunur, fəaliyyəti yüksək qiymətləndirilən şəxslər üçün gələcəkdə DOST Agentliyi və DOST mərkəzlərində karyera qurmaq imkanı yaradılır. İndiyədək onlardan 17 nəfər işə qəbul edilib.

Digər proqram “Gümüşü DOST” altproqramı pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır. Ötən müddət ərzində könüllülük fəaliyyəti üçün müraciət edən 250 pensiyaçıdan 22 nəfər həmin fəaliyyətə cəlb olunub.

“Virtual DOST” altproqramı çərçivəsində isə təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqların onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilməsi nəzərdə tutulur. Həmin altproqram əsasında müvafiq sahələr üzrə peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və evlərində könüllü kimi fəaliyyət göstərmək imkanına malik olur, müxtəlif mikrolayihələr həyata keçirirlər. İlk olaraq “Məlumatlı ol” mikrolayihəsi təqdim olunub və onun icrası üçün 28 nəfər müraciət edib.

-Ruslan müəllim, ötən müddətdə könüllülər hansı layihə və tədbirlərdə iştirak ediblər?

-Ötən il könüllülər ən müxtəlif layihə və tədbirlərdə iştirak ediblər. Məsələn, iyulun 30-da Beynəlxalq Dostluq gününə həsr olunmuş “Xalqlar DOSTluğu” layihəsi çərçivəsində 7 müxtəlif ölkəni təmsil edən gənclər həmyaşıdlarını öz ölkələrinin mədəniyyəti, tarixi və adət-ənənələri barədə məlumatlandırıblar. Bununla bərabər könüllülər mədəniyyətlərarası dialoq, xalqların inteqrasiyası kimi məsələlərdə bilavasitə iştirak edərək ölkəmizi layiqincə təmsil ediblər.

Avqustda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunan gənclər 1 saylı DOST Mərkəzində bir günlük "Könüllü DOST" komandasına qoşulub və vətəndaşların qarşılanması, onlara növbə verilməsi, xidmət pəncərəsinə yönləndirilməsi, müxtəlif ərizələrin yazılması və məmnuniyyət sorğularının keçirilməsi ilə əlaqədar baza bacarıqları öyrədiblər. Bundan sonra Daun sindromlu gənclər müstəqil olaraq özləri vətəndaşlara müəyyən sahələrdə xidmət göstəriblər.

Ondan bir ay sonra 1 saylı Bakı DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günlüyünə həsr olunmuş “DOST kuboku” adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirilib və turnirin təşkilati məsələlərinə 25 nəfər könüllü cəlb olunub. Həmin tədbir dövlət orqanları, publik hüquqi şəxslər və digər qurumların əməkdaşları, müxtəlif təşkilatların könüllüləri, pensiyaçılar, jurnalistlər, eləcə də əlilliyi olan şəxslərdən ibarət olmaqla 350 nəfərin iştirakı ilə 4 kateqoriyada dəyərləndirilib.

Ötən ilin payızında Ümumdünya Turizm Günü çərçivəsində DOST könüllülərinin iştirakı ilə Bakıda orta əsrlərin abidəsi olan Qala, Mərdəkan, Ramanı qalalarına ekskursiya təşkil edilib. Beynəlxalq Kulinariya Gününə həsr olunmuş “İnklüziv kulinarlar” layihəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində yaradılan və autizm sindromlu gənclərin çalışdığı “KaşalataKafe”nin heyəti ilə 1 saylı DOST Mərkəzinin yeməkxanasında tədbir keçirilib. Tədbir zamanı autizm sindromlu gənclərlə “Könüllü DOST” proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər birlikdə müxtəlif şirniyyatlar hazırlayıb və müxtəlif əyləncəli stolüstü oyunlarda iştirak ediblər.

Ətraf mühitin mühafizəsi və təkrar istehsalını gənclər arasında təbliği məqsədilə keçirilən aksiya çərçivəsində könüllülərin cəlb edilməsi ilə Hövsan qəsəbəsindəki çimərliklərdən biri tullantılardan təmizlənib və tullantılar təkrar istehsal üçün “Təmiz şəhər” ASC-yə təhvil verilib.

Bundan başqa, Beynəlxalq Əlillər Gününə həsr edilmiş “DOSTtalks” tədbiri çərçivəsində əlilliyi olan şəxslərin motivasiya çıxışları, görmə qabiliyyəti məhdud olan uşaqların ifası, “DanceAbility” inklüziv komandasının rəqsi və əlilliyi olan şəxslər tərəfindən hazırlanmış müxtəlif əsərlərin sərgisi keçirilib. “Könüllülük sərhəd tanımır” layihəsi çərçivəsində DOST Agentliyinin könüllüləri uşaq evləri, internat məktəbləri və ahıllar evlərini ziyarət edərək həmin müəssisələrin sakinlərinə dəstək və qayğı göstəriblər, onların iştirakı ilə müxtəlif oyunlar və əyləncəli proqramlar təşkil ediblər.

Ötən ilin dekabrında Beynəlxalq Könüllülər Gününə həsr olunmuş 3 minə yaxın gənci əhatə edən “Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu”, Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş “Həmrəy DOST” layihəsində də “Gənc DOST” altproqramının könüllüləri fəal iştirak ediblər. Bütün bunlarla yanaşı, könüllülər şair və yazıçıların ədəbi və bədii yaradıcılıq gecələrini keçirir, teatr və konsertlərdə, müxtəlif idman tədbirlərində böyük fəallıq göstərirlər.

-“Könüllülər ilində” DOST könüllülərinin fəaliyyət planı nədən ibarətdir?

-“Könüllülər ili” ərzində tək gənclərin deyil, digər yaş kateqoriyalarında olanların da könüllü fəaliyyətə cəlb olunmasına şərait yaradılır. Bununla bağlı artıq sayca dördüncü altproqramı olan “Korporativ DOST” altproqramının elanı verilib və yaxın günlərdə həmin altproqramın icrasına başlanılacaq. Həmçinin il ərzində həm gənclər, həm əlilliyi olan şəxslər, həm də pensiyaçı könüllülərin iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub