ELM VƏ TƏHSİL
MİLLİ AZLIQLARA ANA DİLİNİN ÖYRƏNİLMƏSİNDƏ KÖMƏK GÖSTƏRİLİR
AŞ Katibliyinin üzvü Vadim Lısikov demişdir ki, Avropa Şurasının layihəsi Ukraynada həyata keçirilərkən toplanmış təcrübədən başqa ölkələrdə də istifadə olunur. İndi bu cür layihələr Azərbaycanda, Moldova və Gürcüstanda da həyata keçirilir.
Seminarın iştirakçıları Ukraynanın Avropa regional dillər xartiyasını ratifikasiya etməsini yüksək qiymətləndirmişlər. Ukrayna Prezidenti yanında milli azlıqların ictimai təşkilatları Şurasının başçısı İlya Levitas bildirmişdir ki, “dillərin siyahıya alınmasını” keçirmək və bu dillərin öyrədildiyi xüsusi məktəblər açmaq lazımdır. Milli azlıqların dilləri ilə bağlı problemi bazar günü məktəblərinin köməyi ilə də həll etmək olar.
Xəbər verdiyimiz kimi, ölkəmizin Kiyevdəki səfirliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk regional təşkilatının səyləri ilə bu şəhərdə Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir.