Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 29 yanvar (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) yanvarın 28-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7856 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7856 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 773 615,60 AZN-ə bərabər məbləğ qeydə alınmamışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7856 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 986.000 dollar, yaxud 773 615,60 AZN təşkil etmişdir.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanmamışdır.
EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,80 faiz, ABŞ dolları üzrə isə 13,50 faiz təşkil etmişdir.
BEHS çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında illik 6 faizlə 31 gün müddətinə 5.000.000 AZN məbləğində əqd imzalanmışdır.