Azərbaycan Dövlət İnformasiya Agentliyi

FAQ

AZƏRTAC-ın fəaliyyət sahəsi nədir?

AZƏRTAC informasiya agentliyidir. Rəsmi məlumatların ilkin mənbəyidir. Ölkədə və dünyada baş verən hadisələr barədə xəbərlərin toplanması və yayımını həyata keçirir.

AZƏRTAC-ın hüquqi statusu nədir?

AZƏRTAC publik hüquqi şəxsdir. Onun idarəetməsi 5 üzvü olan İdarə Heyəti tərəfindən həyata keçirilir - Sədr, 2 sədr müavini və 2 üzv.

AZƏRTAC-da qəbula necə yazılmaq olar?

Saytın "Əlaqə" bölməsində elektron qaydada formanı dolduraraq qəbula yazılmaq mümkündür.

AZƏRTAC-ın neçə ölkədə müxbir məntəqəsi var?

Agentliyin 21 ölkədə xüsusi müxbirləri fəaliyyət göstərir.

AZƏRTAC hansı xidmətləri göstərir?

AZƏRTAC informasiya yayımını həyata keçirir, tərəfdaşlara saytda reklam yerləşdirilməsi xidmətini təqdim edir.

AZƏRTAC-ın beynəlxalq fəaliyyəti nədən ibarətdir?

Agentlik Asiya, Avropa, MDB, islam və türkdilli ölkələrin milli informasiya agentliklərini birləşdirən beynəlxalq təşkilatların üzvüdür. Bir sıra təşkilatlarda idarəedici strukturlarda təmsil olunur.

AZƏRTAC neçə xarici agentliklə ikitərəfli əməkdaşlıq edir?

AZƏRTAC 50-yə yaxın xəbər agentliyi və media qurumu ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Daha ətraflı "Haqqımızda" bölməsində məlumat ala bilərsiniz.

AZƏRTAC hansı məhsullar istehsal edir?

AZƏRTAC xəbər, foto və video istehsal edir. Fotolar photo.azertag.az, videolar video.azertag.az saytlarında yayımlanır.