CƏMİYYƏT
Məscidlərdə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyalarında 1500 litrədək qan tədarük olunub [YENİLƏNİB] VİDEO
Məscidlərdə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyalarında 1500 litrədək qan tədarük olunub
14:00
Aşura günü ilə əlaqədar respublika üzrə 15 məscid və ziyarətgahda təşkil olunan könüllü qanvermə aksiyalarında 14.00-dək 3325 nəfər qan verib. Ümumilikdə 1496,3 litr qan tədarük olunub.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
11:21
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 11.00-dək ölkə üzrə 1559 nəfər qan verib. İndiyədək ümumilikdə 701,6 litr qan tədarük olunub.
10:05
Bakı, 12 oktyabr, AZƏRTAC
Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyaları başlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, indiyə qədər artıq 423 nəfər qan verib. Səhər saatları olmasına baxmayaraq qan vermək üçün gələn insanların sayı durmadan artır. Aksiyada iştirak etmək istəyən insanlar həkimlər tərəfindən müayinə olunurlar və onların qanlarındakı hemoqlobinin miqdarı yoxlanılır. Əgər hər şey qaydasındadırsa, insanlar donor kimi qan verirlər. Sonra götürülmüş qanlar Mərkəzi Qan Bankına göndərilir.
Qeyd edək ki, aksiyalar ölkənin 15 məscidində keçirilir.