DÜNYA
Myanmada gəmi qəzası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Myanmada Çinduin çayında baş vermiş gəmi qəzası nəticəsində həlak olanların sayı 70 nəfərə çatıb. Bu barədə oktyabrın 20-də Myanmar Eleven qəzetinin internet versiyası məlumat yayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, xilasedicilər suyun üzərinə qaldırdıqları çay gəmisində 40-dək cəsəd aşkarlayıblar. Otuz nəfərdən çox insan hələ də itkin düşmüş sayılır. Ölənlər arasında budda bayramını qeyd etmək üçün məbədlərdən birinə gedən çoxlu dövlət qulluqçularının, universitet müəllimləri və tələbələrinin, həmçinin yanğın mühafizəsi xidməti əməkdaşlarının böyük qrupunun olduğu bildirilir.
Qəza ötən bazar günü səhər saatlarında baş verib. Qəzetin məlumatına görə, 150-170 sərnişin üçün nəzərdə tutulan çay gəmisinin göyərtəsinə 300-dək insan yığışıb. Sualtı maneəyə toxunan gəmi çevrilərək batıb. Qəzadan dərhal sonra 154 nəfəri xilas etmək mümkün olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]