Rusiyada “Mi-8” helikopterinin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də axşam saatlarında Rusiyada “Mi-8” helikopterinin Yamalo-Nen muxtar mahalında qəzaya uğraması nəticəsində 19 nəfər hadisə yerində ölüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, üç nəfər isə dərhal xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün axşam “Skol” aviaşirkətinə məxsus helikopterlə əlaqə bir müddət kəsilib. Sonradan komandir əlaqə yaradaraq bildirib ki, helikopter yanı üstə düşüb, üç yaralı var.
Hadisənin baş verdiyi yer müəyyənləşdirilsə də, mürəkkəb meteoroloji şəraitlə əlaqədar axtarış-xilasetmə qrupu dərhal hadisə yerinə yollana bilməyib. Hazırda axtarış-xilasetmə işləri başa çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [17:15]
Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib
- 17.06.2026 [16:27]
Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq
- 17.06.2026 [16:02]
Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb
- 17.06.2026 [15:57]
Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb
- 17.06.2026 [15:56]
Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb
- 17.06.2026 [15:54]