Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib
Azərbaycan və Xorvatiya prezidentləri biznes forumda iştirak ediblər [YENİLƏNİB] VİDEO

Bakı, 25 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç biznes forumda iştirak ediblər.

Biznes forumda Azərbaycan və Xorvatiya tərəfindən rəsmi şəxslərlə yanaşı, gəmiqayırma, nəqliyyat, maşınqayırma, qida sənayesi, kimya, tekstil, əczaçılıq, tikinti, energetika, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, turizm, daşınmaz əmlak, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Prezidentlər biznes forumda çıxış etdilər.

Prezident İlham Əliyevin

çıxışı

-Sabahınız xeyir. 

Xanım Prezidentin Azərbaycana səfəri yekunlaşmaq üzrədir. Artıq biz nəticələr barədə danışa bilərik. Nəticələr olduqca müsbətdir. Dünən çox gözəl müzakirələrimiz olmuşdur. Bütün mühüm məsələləri müzakirə etdik. Regional məsələlər ikitərəfli əlaqələr baxımından müzakirə edildi. Təbii ki, biz bu müzakirələrdə iqtisadi əməkdaşlığımıza böyük əhəmiyyət verdik. Məmnun qaldığımızı bildiririk ki, bir qrup xorvat iş adamı xanım Prezidenti Azərbaycana səfərində müşayiət edir və bu gün bu biznes forumda iştirak edir.

Bu səfər çox uğurlu olmuşdur. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq. Əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirdik və çox müsbət əməkdaşlıq etdiyimizi bir daha təsdiqlədik. Biz dostuq, tərəfdaşıq.

Siz iş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələrinizi genişləndirməlisiniz. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim gözəl siyasi əlaqələrimizi nəzərə alsaq, burada çox yaxşı perspektivlər var. Bizim çox gözəl siyasi əlaqələrimiz var və ümidvaram ki, işgüzar dairələr də bu nümunədən istifadə edəcəklər. Bizim keçmişdə də birgə layihələrimiz olmuşdur. Amma bu gün biz ticarət dövriyyəmizə nəzər salsaq görərik ki, burada iki element mövcuddur və onlar bu dövriyyənin artmasına və azalmasına təsir edir. Biri Azərbaycandan Xorvatiyaya neft satışıdır. Digəri isə Xorvatiya gəmilərinin Azərbaycana satışıdır. Bu, çox gözəl əməkdaşlıqdır. Burada idxal-ixrac əməliyyatlarından söhbət gedir. Amma düşünürəm ki, artıq zamanı yetişib ki, biz iqtisadi əməkdaşlığımızı şaxələndirək və idxal-ixrac əməliyyatlarımızı genişləndirək.

Dünən müxtəlif formatda nümayəndə heyətləri görüşdülər və bir sıra istiqamətlər qeyd edildi. Bizim iqlim şəraitimizdən istifadə edilməsi təklif olundu və Xorvatiyadan müəyyən məhsulların idxalı müzakirə edildi. Əminəm ki, bu gün burada daha geniş şəkildə müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Çünki biz Xorvatiyanın ixracından xəbərdarıq və siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Odur ki, düşünürəm bu forum öz diqqətini məhz bu istiqamətə yönəltməlidir.

Burada qarşılıqlı sərmayə qoyuluşu da müzakirə edilməlidir. Biz çox maraqlıyıq ki, ölkəmizdə yeni sahələr yaradılsın. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Biz bu baxımdan idxaldan asılı ölkəyik və düşünürəm ki, məhz əczaçılıq - dərmanların istehsalı sahəsində birgə müştərək müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki bizim bazar genişlənir, əhalimiz artıq on milyon nəfərə çatır və əhalinin sayı ildən-ilə artır. Bu səbəbdən bu sahə çox maraqlı ola bilər.

Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzdakı dövlətlərə milyardlarla ölçülən sərmayələr qoyulub. Eyni zamanda, Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və digər özəl şirkətlərimiz tərəfindən sərmayələr yatırılıb. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir və əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər.

Digər sahələrdən biri bizim şirkətlərin Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirakı ola bilər. Biz, eyni zamanda, xorvat şirkətlərini buraya dəvət edə bilərik. Bu gün demək olmaz ki, o qədər çox xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amma bu sahədə dinamik inkişafı nəzərə alsaq, biz böyük məmnuniyyətlə xorvat şirkətlərini buraya dəvət edərdik.

Turizm sahəsi. Təbii ki, Xorvatiyanın bu sahədə çox böyük təcrübəsi var. Dünən xanım Prezidentlə söhbət edəndə mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də ölkəmizdə bu sahəni inkişaf etdirmək əzmindəyik. Bu, bizim üçün ənənəvi sektor olmamışdır. Amma indi şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də bu sahəni genişləndirməyə maraqlıyıq və artıq turistlərin artımını müşahidə edirik. Bu səbəbdən bu da müzakirələrin mövzusu ola bilər.

Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır. Bildiyiniz kimi, biz geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olduqca çox maraqlıdır.

Enerji siyasəti ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırıram. Çünki bu, artıq getdikcə bizim birgə gündəliyimizə daxil olan məsələdir. Azərbaycan ilə Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə “Cənub” Qaz Dəhlizinin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, biz xorvat bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil ola bilək və həmin ölkələr də Azərbaycandan təbii qaz alaraq, yeni mənbə əldə etsinlər.

Bizim təsdiq edilmiş qaz ehtiyatımız 2,5 trilyon kubmetrdən çoxdur. Bu ehtiyatlar artacaq. Çünki biz hələ də kəşfiyyat işləri ilə məşğul oluruq. Bu ehtiyatların şaxələndirilmiş şəkildə ixracına nail olmaq üçün bizim müxtəlif istiqamətlərdə qazı nəql edən bir neçə kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Bu ümumi layihə “Cənub Qaz Dəhlizi” adlanır. Buraya dörd layihə daxildir və hər biri hazırda icra mərhələsindədir. “Şahdəniz-2” qaz yatağında, - bu, dünyanın ən böyük qaz yataqlarından biridir, - hasilat artırılıb və biz burada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində üç qaz kəməri inşa edilir. Onun sonuncu mərhələsi Trans-Adriatik qaz kəməri sizin regiona yaxındır. Həmin qaz kəmərinin Xorvatiyaya və digər qonşu dövlətlərə uzadılması ilə məşğul ola bilərik. Bunu müzakirə edəcəyik. Ümid edirəm ki, artıq biz tezliklə danışıqların fəal fazasına başlayacağıq. Bu, təhlükəsizlik, enerjinin şaxələndirilməsi layihəsidir. Burada bütün tərəflər qazanacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik. Avropa istehlakçıları isə əlavə mənbələr əldə edir. Bilirik ki, bu gün Avropanın tələbatı artır. Biz isə yeni mənbəyik və yeni nəqliyyat marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür.

Bununla yanaşı, biz artıq beş il bundan öncə Avropa Komissiyası ilə birlikdə enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalamışıq. Bildiyiniz kimi, biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqlara başlayırıq. Bu sahədə böyük fəallıq var. İon-Adriatik dənizləri arasında qaz kəmərinin inşası yeni iş yerləri yaradacaq və onun tikintisinə yeni şirkətlər cəlb olunacaq. Bununla da bizim Xorvatiya ilə strateji tərəfdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu məhz belə olacaq. Bu, Avropa, Avropa təsisatları və üzv dövlətlərlə bizim əməkdaşlığımızın mühüm hissəsidir. Təbii ki, Avropa İttifaqının üzvü olmayan qonşularımız da bu layihədə fəal iştirak edirlər.

Azərbaycanda ümumi vəziyyətlə bağlı bir neçə kəlmə söyləmək istərdim. Bildiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə düşməsi bizim gəlirlərimizi azaltmışdır. Eyni zamanda, biz builki büdcəmizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq. Bildiyiniz kimi, bizim şaxələndirmə siyasətimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Artıq mən bununla bağlı fikirlərimi söylədim. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabətqabiliyyətli məhsullarla daxil olaq.

Azərbaycanda çox münbit sərmayə mühiti var. Bildiyiniz kimi, biz postsovet məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana, ümumiyyətlə, 200 milyard dollar sərmayə yatırılmışdır ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz yenə də neft-qaz sahəsinə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq.

Biz işsizliyi kəskin şəkildə azalda bilmişik. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enmişdir. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti kəskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik.

Ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var. Biz qonşularımızla olduqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qovşağına çevriləcəyik. Bildiyiniz kimi, bunların biri artıq yekunlaşır. Mən Şərq-Qərb nəqliyyat dəhlizindən danışıram. Həmin dəhliz Xəzər dənizindən, Azərbaycan ərazisindən keçməklə Çindən Avropaya uzanır. Ümidvaram ki, biz bir neçə aydan sonra həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik.

Digər layihənin icrasına bu il başlanmışdır. Artıq bu istiqamətdə sərmayələrin qoyuluşu başlamışdır. Bu, Asiyadan, yəni, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, on milyonlarla ton yükü öz ərazimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Təbii ki, Xəzərdən keçən bu nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi gözəl gəmi-bərələrdən istifadə oluna bilər. Biz uzun illərdir bu gəmilərdən istifadə edirik. Yəni, bu layihə də bütün iştirakçılar üçün davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaqdır.

Hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr dövlət tərəfindən qorunur. Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq, bu, yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik.

Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Mən Prezident olaraq ölkəmizdə xorvat sərmayələrini daha çox görmək istərdim. Amma bir daha qeyd edirəm ki, bu, qarşılıqlı maraq və qarşılıqlı fəaliyyət üzərində qurulan bir prosesdir. Bir daha qeyd etmək istərdim ki, sərmayələr, şirkətlər bizim iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Əminəm ki, bizim biznes dairələrinin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək. Sağ olun.

Prezident Kolinda Qrabar-Kitaroviçin

çıxışı

-Cənab Prezident, təşəkkür edirəm.

Hörmətli iş adamları, hər birinizi salamlayıram. Bakıda olmağımdan və bu gün sizin qarşınızda çıxış etməyimdən çox şadam. İlk növbədə, cənab Prezident, bir daha şəxsən Sizə və xanımınıza, Sizin bütün heyətinizə minnətdaram ki, ölkənizdə bizə bu qədər qonaqpərvər ab-hava yaratmısınız. Həyat yoldaşım və mən özümüzü evdəki kimi hiss edirik. Eyni zamanda, cənab Prezident, təşəkkür edirəm ki, Siz Azərbaycan ilə biznes əlaqələrinin qurulması üçün bizə imkan yaradırsınız və ölkənizin perspektivləri haqqında ətraflı məlumat verdiniz. Yəni, burada sadəcə enerji və nəqliyyat sektorundan söhbət getmir. İqtisadiyyatın digər sahələrində böyük imkanlar var və xorvat şirkətləri bundan bəhrələnməlidir.

Mən bunu bir neçə dəfə qeyd etmişəm və dünən “ADA” Universitetindəki çıxışımda da dedim ki, bizim gözəl siyasi əlaqələrimiz var. Təəssüflər olsun ki, işgüzar dairələr həmin səviyyədə fəaliyyət göstərə bilmir. Eyni zamanda, bunu Azərbaycana da şamil etmək olar. Bizim çox gözəl siyasi əməkdaşlığımız var. Heç bir açıq qalan məsələmiz yoxdur. Sizi əmin edirəm ki, Avropa İttifaqında və NATO-da Xorvatiya Sizin dostunuz və tərəfdaşınız olaraq qalacaqdır. Ümid edirəm ki, tezliklə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinin müzakirəsi başa çatacaqdır. Ümidvaram ki, bizim Zaqrebdə imzaladığımız strateji tərəfdaşlıq və dostluq haqqında Bəyannamə də buna təkan verəcək. Bildiyiniz kimi, mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü var - Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi layihəsi. Biz görürük ki, iqtisadi əməkdaşlığımız neftin qiymətindən və ya Azərbaycanın sifariş etdiyi gəmi-bərələrin sayından asılı olur. Düşünürəm ki, biz iqtisadi əməkdaşlığımız üçün daha güclü zəmin yaratmalıyıq.

Mən çox şadam ki, bu gün burada böyük sayda iş adamları iştirak edir. Məni Azərbaycana rəsmi səfərimdə 50-dən artıq xorvat şirkətinin nümayəndəsi müşayiət edir. Bunlar olduqca təcrübəli şirkətlərdir. Xorvatiyada son 6 ildə müşahidə edilən tənəzzüldən sonra bizim iqtisadiyyatımız inkişaf mərhələsinə qədəm qoyub. Bizim ümumi daxili məhsulumuzun həcmi artır və həmin prosesə məhz bu şirkətlər öz töhfələrini vermişlər. Bu gün bu şirkətlər həm Avropada, həm də qlobal bazarda bizim iqtisadiyyatımızın aparıcı qüvvəsidir. Mənim məqsədim məhz orta və kiçik şirkətlərimizin iqtisadi artımın generatoruna, aparıcı qüvvəsinə çevrilməsidir ki, onlar da bizim Azərbaycan ilə əlaqələrimizə əlavə töhfə verə bilsinlər.

Bildiyiniz kimi, bir neçə gün bundan öncə Xorvatiyada yeni hökumət formalaşıb. Bu, iş yerlərinin artırılması və ölkədə sərmayə qoyuluşu üçün daha yaxşı mühitin yaradılması istiqamətində olduqca iddialı bir hökumətdir. Biz ölkələrimiz arasında müştərək iqtisadi komissiyanın fəaliyyətinə də təkan verməliyik. İlk iclasın keçirilməsi üçün lazımi işlər görülməlidir. Həmin komissiya da ölkələrimizin biznes dairələri arasında əməkdaşlığı genişləndirəcəkdir. Ümidvaram ki, bizim burada ticarət nümayəndəliyimiz də tezliklə tamhüquqlu səfirlik statusu əldə edəcəkdir. Biz çalışacağıq ki, səfirliyimiz burada daha fəal olsun.

Cənab Prezident, biz siyasi məsələləri bu səhər də müzakirə etdik. Düşünürəm ki, bizim münasibətlər regionda, daha geniş regionda - Avrasiya məkanında sülh və sabitliyin bərqərar olunmasına xidmət edəcək.

Xorvatiya enerji sektorunda əməkdaşlığa sadiqdir və bu sahəyə diqqəti yönəltməyə davam edəcəkdir. Bildiyiniz kimi, enerji təhlükəsizliyi təkcə bizim üçün deyil, bütün qonşularımız üçün olduqca vacibdir. Mənim irəli sürdüyüm “3 dəniz” təşəbbüsü də Cənubi-Şərqi Avropada olduqca vacibdir. Orada qaz şəbəkələrinin yaradılması da ümumi sabitliyə öz töhfəsini verəcəkdir və insanların yaşayış səviyyəsini artıracaqdır. Əminəm ki, İon-Adriatik dənizi layihəsi, Krk şəhərində maye qaz terminalının inşası - bunlar perspektivli layihələrdir. Bunlar da Azərbaycan şirkətlərinin bizimlə əməkdaşlıq etmələri üçün gözəl imkandır.

Mənim bu səhər sizin neft-qaz şirkətiniz SOCAR-ın rəhbəri ilə də faydalı görüşüm oldu. Digər sahələrdə də insanlar arasında təmaslar baxımından maraqlı layihələri var. Cənab Prezident, Siz artıq bunu vurğuladınız. Mən gəmiqayırma sahəsini vurğulamaq istərdim. Yəni, burada böyük gəmi-bərələrdən söhbət getmir. Olduqca kiçikhəcmli, mobil kater və gəmilərdən söhbət gedir. Onlar regional təhlükəsizlik baxımından çox əhəmiyyətli ola bilərlər. Biz artıq mühəndislik, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrini qeyd etdik. Bizim qida məhsullarının emalı sahəsində böyük təcrübəmiz var və digər sahələri də qeyd etmək olar.

Mən çox məmnunam ki, bu gün bizim iş adamlarımız birbaşa əlaqələr yaradacaqlar. Xorvatiya Ticarət Palatasını bir daha təbrik edirəm və təşəkkür edirəm ki, şəxsən məni və bizim işgüzar dairələri dəstəkləməkdə davam edir. AZPROMO-ya öz təşəkkürümü bildirirəm ki, bu tədbiri təşkil etmişdir. İnanıram ki, biz qarşılıqlı mübadilələr sahəsində işgüzar fəaliyyətin daha çox genişləndirilməsinin şahidi olacağıq. Eyni zamanda, biz müxtəlif innovasiyaların və texnologiyaların mübadiləsinin şahidi olacağıq. Bizim müxtəlif sahələrdə təklif edə biləcəyimiz təcrübələrimiz var. Ərazilərin minalardan təmizlənməsi sahəsində də bizim böyük təcrübəmiz var. Bildiyiniz kimi, biz bu sahədə qabaqcıl texnologiyaya malik bir ölkəyik. Təəssüflər olsun ki, Azərbaycanın da bu sahədə müəyyən problemləri var və biz bu işdə də sizə yardım etməyə hazırıq. Ola bilsin, bəzi sahələri qeyd etmədim. Buna görə hər birinizdən üzr istəyirəm. Cənab Prezident əczaçılıq sahəsini qeyd etdi. Bu, olduqca vacib məsələdir.

Bir daha hər birinizə təşəkkür edirəm və sizə uğurlar diləyirəm. Sağ olun.

X X X

Sonra Azərbaycanın biznes və investisiya imkanları xorvat iş adamlarına təqdim edilib, həmçinin Xorvatiyanın biznes mühiti və iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair məlumat verilib, iş adamları qarşılıqlı fəal əməkdaşlığa dəvət olunub.

Biznes forumda Azərbaycan və xorvat iş adamları arasında ikitərəfli görüşlər keçirilib, energetika, tikinti, turizm, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdə əməkdaşlıq, eləcə də yerli istehsalda istifadə olunan müxtəlif xarici komponentlərin ölkəmizdə istehsalına dair Xorvatiya ilə birgə müəssisələrin yaradılması, gəmiqayırma sahəsində bir sıra ehtiyat hissələrinin birgə istehsalına dair müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı üçün əlverişli şəraitin olduğu diqqətə çatdırılıb və Xorvatiya iş adamları bu sahədə fəaliyyət göstərməyə dəvət edilib.

Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə ixtisaslaşan sənaye parkları yaradılıb. Xorvat iş adamları burada investorlar üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər. Əczaçılıq sahəsində Xorvatiyanın təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilə bilər.

Biznes forumda iş adamları arasında əsas müzakirə mövzularından biri də ticarət əlaqələrinin genişləndirilməsi olub. Azərbaycanın kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə şirələrinin, kimya sənayesi məhsullarının Xorvatiyaya ixracı, Xorvatiyadan gübrə idxalı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib Azərbaycan və Xorvatiya prezidentləri biznes forumda iştirak ediblər [YENİLƏNİB] VİDEO

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub