Çində kömür mədənində partlayış nəticəsində 15 nəfər həlak olub VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Çinin cənub-qərbində yerləşən Çunsin əyalətindəki kömür mədənində qaz partlayışı nəticəsində 15 nəfər ölüb, 18 nəfər isə mədəndə təcrid olunmuş vəziyyətdə qalıb. Bu barədə Sinxua agentliyi məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış baş verən zaman mədəndə 35 nəfər olub, iki mədənçi xilas ola bilib.
Hadisə yerində xilasedicilər, yanğınsöndürənlər və polislər işləyir. Çunsin vilayətindəki bütün mədənlərə işləri dayandırmaq və təhlükəsizlik yoxlamasından keçmək barədə göstəriş verilib.