Vyetnamda yanğın: 13 nəfər ölüb, çox sayda insan xəsarət alıb VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Vyetnamın paytaxtı Hanoy şəhərindəki karaoke salonunda baş verən yanğın nəticəsində 13 nəfər həyatını itirib, 2-si polis əməkdaşı olmaqla, çox sayda insan xəsarət alıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, “VnExpress” qəzetinin məlumatına görə, 8 mərtəbəli binada başlayan yanğın sürətlə yaxınlıqdakı binalara yayılıb. Hələlik səbəbi bilinməyən yanğını yalnız 5 saatdan sonra nəzarət altına almaq mümkün olub.
Baş nazir Nguyen Xuan Phuc hadisə ilə bağlı təhqiqata başlandığını açıqlayıb. O, ölkədə çox yayılmış karaoke salonlarında təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.