Mosulun 37 min dinc sakini bölgəni tərk edib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
İraqın Mosul şəhərinin İŞİD yaraqlılarından azad olunması əməliyyatı nəticəsində evlərini tərk etməyə məcbur olan sakinlərin sayı 37 min nəfərə çatıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın köç və köçkünlər naziri Casim Məhəmməd əməliyyatların başladığı 17 oktyabrdan bəri bölgə əhalisinin 37 min 184 nəfərinin qaçqın düşərgələrinə sığındığını bildirib. Onun sözlərinə görə, bu müddətdə azad olunan bölgələrə 2 min 103 nəfər qayıdıb.
İraq Qızıl Ay təşkilatının əməkdaşı İyad Rafed deyib ki, ordu birləşmələri Mosulun mərkəzinə doğru irəlilədikcə, şəhərdən qacan dinc vətəndaşların sayı da artır.