ABŞ-da prezident seçkiləri keçirilir VİDEO



Vaşinqton, 8 noyabr, AZƏRTAC
Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçirilir. Amerikalılar ölkənin 45-ci prezidentini, Konqresin Nümayəndələr Palatasının 435 üzvünün hamısını, 100 senatordan 34-nü, 12 ştatın və iki ərazinin qubernatorlarını seçirlər.
Rəsmi strukturların məlumatına görə, artıq 43,2 milyon ABŞ vətəndaşı seçkilərə qədər macal tapıb vaxtından əvvəlki səsvermədə iştirak edib.
Analitiklərin fikrincə, seçici fəallığının yüksək olacağı gözlənilir, çünki Demokratlar Partiyasının namizədi Hillari Klintonun və Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkiqabağı mübarizəsi ölkədə siyasi durumu son dərəcə gərginləşdirib. Bütün ölkə boyu yüz minlərlə amerikalı səs vermək üçün növbələrdə dayanıb. Hər iki partiyanın könüllüləri hətta səsverməyə bir neçə saat qalmış da seçicilərin evlərinə baş çəkərək, namizədlər üçün təşviqat aparıblar.
Səsvermə yerli vaxtla 19.00-dək davam edəcək.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.04.2025 [23:02]
Almaniyada AfD-li siyasətçinin sabiq köməkçisi casusluqda ittiham olunur
- 29.04.2025 [20:21]
Türkiyə Üç Dəniz Təşəbbüsündə “strateji tərəfdaş” olub
- 29.04.2025 [19:51]
Ağ ev Trampın ilk 100 gündəki nailiyyətlərini açıqlayıb
- 29.04.2025 [19:38]
Britaniyanın enerji sistemində baş vermiş nasazlıqlar araşdırılır
- 29.04.2025 [18:33]
Üç günə qarşı 30 günlük atəşkəs təklifi
- 29.04.2025 [18:29]
Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər
- 29.04.2025 [17:34]
İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb
- 29.04.2025 [17:33]