DÜNYA
Almaniyanın Əfqanıstandakı konsulluğuna silahlı hücumun qarşısı alınıb VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən Almaniya konsulluğunun ərazisində “Taliban” terrorçuları ilə atışma baş verib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat yayıb. Onun sözlərinə görə, hücumun qarşısı alınıb, konsulluq əməkdaşları arasında zərərçəkən yoxdur.
Həmçinin "Almaniyanın Məzari-Şərifdəki konsulluğuna silahlı hücum başa çatıb", - deyə Almaniya XİN-in "Twitter" səhifəsində qeyd olunub.
Almaniya KİV-nin DPA-ya istinadla verdiyi məlumata görə, atışmada ən azı 4 nəfər ölüb, 119 nəfər yaralanıb.
Ölən və yaralananların dinc sakinlər və təhlükəsizlik qüvvələrinin hərbçiləri olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [22:57]
Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]