Minskdə Cümə məscidinin təntənəli açılışı olub VİDEO
Minsk, 11 noyabr, AZƏRTAC
Minskdə Cümə məscidinin təntənəli açılışı olub. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məscidin giriş qapısında rəmzi lenti kəsiblər.
Məscidin açılış mərasimində dövlət idarəetmə orqanlarının rəhbərləri, dini və milli-mədəni ictimai birliklərin, Belarusda akkreditə olunmuş səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin nümayəndələri, xarici qonaqlar və möminlər iştirak ediblər. Dövlət başçıları məscidin daxili tərtibatı ilə tanış olublar. Onlar Cümə məscidinin Xatirə kitabında ürək sözlərini yazıblar.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk