Azərbaycan Dövlət İnformasiya Agentliyi

100 illik şanlı tarix - MƏQALƏ

100 illik şanlı tarix - MƏQALƏ

Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyevin timsalında Heydər Əliyev siyasi kursuna sədaqətini, məhəbbətini və etimadını növbəti dəfə göstərdi

Bakı, 9 fevral, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100-cü ili tamam olur. Prezident İlham Əliyevin imzaladığı 2023-cü il 30 dekabr tarixli müvafiq Sərəncamla muxtar respublikanın 100 illik yubileyi geniş qeyd olunur. Qədim yurdumuzun bir əsrlik muxtariyyət yubileyini fevral ayının 7-də keçirilən prezident seçkilərində xalqımızın İlham Əliyevə növbəti dəfə göstərdiyi yüksək etimadın yaratdığı yüksək əhvali-ruhiyyə fonunda qarşılayırıq.

AZƏRTAC Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əgsərovun muxtar respublikanın 100 illik yubileyi ilə bağlı məqaləsini təqdim edir.

20 ilin möhtəşəm uğurlarına söykənən ümumxalq qərarı

İki gün əvvəl keçirilmiş səsvermənin nəticələri xalqımızın milli maraq və mənafelərini layiqincə təmin edən, Azərbaycanın davamlı və sürətli inkişaf yoluna çıxaran hazırkı siyasi kursun alternativsizliyini bir daha sübuta yetirdi. Prezident seçkiləri xalqımızın müdrik və dəyişməz seçiminə əsaslandı. Ölkə vətəndaşları növbəti dəfə Ulu Öndər Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı kimi ötən 20 ildə Azərbaycanın bütün uğurlarının memarı olan möhtərəm İlham Əliyevə səs verdilər.

Ümumiyyətlə, ötən 20 ildən artıq dövrün reallıqları xalqımızın həm bu seçiminin, həm də sonrakı seçkilərdə İlham Əliyevə etimadının nə qədər düzgün və müdrik qərar olduğunu təsdiq edir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yüksəlişi, güclənməsi, qlobal səviyyədə nüfuzunu artırması, dövlətçiliyinin ən qüdrətli mərhələsinə qədəm qoyması tariximizin isbata ehtiyacı olmayan həqiqətləridir. Ulu Öndər Heydər Əliyev müəyyən etdiyi inkişaf siyasətini, strateji xətti layiqincə davam etdirən, onu zamanın çağırışlarından irəli gələrək daha da zənginləşdirən və həm də özü böyük bir siyasət məktəbinin banisinə çevrilən Prezident İlham Əliyev bu illərdə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirib, dövlətimizin yüksəlişi yolunda meydana çıxan bütün əngəlləri və maneələri qətiyyətlə aradan qaldırıb. İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla bərabər, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Artıq uzun müddətdir ki, regionun lideri olan Azərbaycan qlobal məsələlərdə söz və nüfuz sahibidir.

Bu mənada növbədənkənar prezident seçkilərində cəmiyyətin seçimi Heydər Əliyev siyasətinin alternativsizliyinə və ötən 20 ilin yekunlarına əsaslanan ümumxalq qərarıdır. Bu dövrdə Prezident İlham Əliyevin nəinki müasir müstəqillik, bütövlükdə dövlətçilik tariximizdə yaratdığı ən böyük salnamə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Məlumdur ki, torpaqlarımızın azadlığı və erməni separatizminə son qoyulması yeni reallıqlar yaradıb. Növbədənkənar prezident seçkiləri də bu reallıqlar şəraitində keçirildi. Müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq seçkilər torpaqlarımızın düşməndən tam azad edilməsi şəraitində baş tutdu. Ona görə bu seçki Zəfər seçkisi, ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşdü.

Vətən müharibəsindən və Qarabağda erməni separatçılığına son verilməsindən sonra Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin əsas ağrılı problemlərinə son qoyulduğundan artıq yeni hədəflər meydana çıxıb və Prezident İlham Əliyevin bir müddət əvvəl elan etdiyi Milli Prioritetlərdə qarşıya qoyulmuş yeni vəzifələr öz əksini tapıb. Bu mənada Azərbaycan yeni mərhələyə prezident seçkiləri ilə qədəm qoyur.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyini həm Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu, həm də respublikamızın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir şəraitdə qarşılayırıq. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü və ölkəmizdə erməni separatizminə son qoyulması Naxçıvanın 100 illiyinə Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın ən böyük hədiyyələridir.

Dövlətçilik tariximizdə, milli, mədəni və ədəbi proseslərdə xüsusi yeri olan diyar

Zəngin keçmişə, ənənələrə, mənəvi və mədəni dəyələrə malik olan xalqımız keşməkeşli olduğu qədər də parlaq və şərəfli inkişaf tarixinə malikdir. Bu yolda hər bir yurd yerimiz kimi Naxçıvanın da özünün xüsusi payı var. Bu diyar Azərbaycanın siyasi sosial-iqtisadi, elmi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır.

Naxçıvan Azərbaycanın dövlətçilik tarixidir. Əcdadlarımız min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar. XII əsrdə Naxçıvan Azərbaycan Atabəyləri- Eldəgizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olub. Atabəylər 100 ildən artıq hökm sürmüş və onun paytaxtı azərbaycançılığı qoruyub saxlamışdır. XVIII-XIX əsrlərdə isə Naxçıvan xanlığı mövcud olmuşdur.

Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına da dəyərli töhfələr vermişdir. Naxçıvan ərazisi antik və orta əsrlər dövrünə aid türk-İslam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Bu günədək qorunub saxlanılan arxeoloji abidələr, qədim karvansaralar, məscid və məbədlər, həmçinin mədəni irsimizin inciləri sırasına daxil olan Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı, Əlincəçay Xanəgahı öz möhtəşəmliyi ilə seçilməklə, hər biri özündə tariximizi, milli və mənəvi dəyərlərimizi yaşadır. Azərbaycan xalqının əsası Naxçıvanda Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi bütün Şərqdə məşhur olmuşdur və Möminə Xatun türbəsi kimi nümunələri müasir dövrümüzə qədəm gəlib çatmışdır. Ümumiyyətlə, muxtar respublika ərazisindəki 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılmışdır.

Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində öz xüsusi yeri olan mütəfəkkirlərin, filosofların, ustad qələm sahiblərinin vətənidir. Naxçıvan xalqımıza Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib.

Xüsusilə qeyd etməliyik ki, Naxçıvan Azərbaycanın müasir inkişaf və dövlətçilik epoxasının müəllifi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vətənidir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müasir dövlətçilik tariximizin parlaq səhifəsidir.

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında da buna diqqət çəkilərək deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.

1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsindən və sovet hakimiyyətinin Zəngəzuru Ermənistana verilməsindən sonra Naxçıvan üçün də böyük təhlükə yaranmışdı. Zəngəzurla kifayətlənməyən ermənilər Naxçıvanın da Ermənistana birləşdirilməsi üçün cəhdlər edirdilər. Lakin Ermənistan niyyətinə çatmadı. Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu almasında Türkiyənin də böyük rolu oldu. 1921-ci il martı 16-da bağlanmış Moskva və 1921-ci il oktyabrın 13-də bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik oldu. Naxçıvanın statusunun ilk beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir.

1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanı muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi olduğunu təsdiq etdi. 1923-cü il dekabrın 5-də Azərbaycan Mərkəzi İnqilab Komitəsi Naxçıvan muxtar diyarının Azərbaycanın tərkibində muxtar respublikaya çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş etdi. Zaqafqaziya Mərkəz İnqilab Komitəsi 1924-cü il yanvarın 8-də bu qərarı təsdiqlədi.

1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikasının yaranması ilə Ermənistanın bu qədim Azərbaycan torpağı haqqındakı iddialarının qarşısına dəmir sədd çəkildi. Bu hadisə erməni yalanlarının və iddialarının sürətlə ayaq tutub yeridiyi gərgin və mürəkkəb siyasi şəraitdə xalqımızın nail olduğu mühüm tarixi-siyasi uğur idi.

Heydər Əliyevin milli mücadiləsinin Naxçıvan mərhələsi

Naxçıvan Muxtar Respublikası yarandıqda onun sahəsi Naxçıvanın tarixi ərazisinin yalnız 5.988 kvadrat kilometrini əhatə edirdi. 1929-1930-cu illərdə və bundan sonra sovet dövləti 1921-ci il Moskva və Qars müqavilələrinin qərarlarına zidd olaraq Naxçıvana qarşı ermənilərin yeni ərazi iddialarını həyata keçirdi və nəticədə muxtar respublikanın ərazisi daha da azaldıldı.

Bununla belə qeyd edilməlidir ki, sovet illərində Naxçıvanda əhalinin savadsızlığının aradan qaldırılmasında, məşğulluğun yüksəldilməsində, iqtisadi potensialdan istifadədə nəzərəçarpan irəliləyişlər baş vermişdi. Lakin sovet illərində Naxçıvanın ən sürətli inkişaf dövrü xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Azərbaycanın o illərdə keçmiş ittifaq miqyasında sonuncu yerlərdən qabaqcıllar sırasına yüksəlməsində Naxçıvanda əldə edilən iqtisadi və aqrar uğurlar mühüm rol oynamışdı. Bütövlükdə 1970-1980-ci illərin əvvəllərində Naxçıvanın sosial-iqtisadi, siyasi və mədəni həyatında böyük dirçəliş baş vermişdi. Həmin dövrdə SSRİ və Azərbaycan SSR Konstitusiyalarına uyğun olaraq, Naxçıvan MSSR-in də yeni Konstitusiyası qəbul edilmişdi. Xüsusilə qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ermənilərin Azərbaycandan, o cümlədən Naxçıvan Muxtar Respublikasından yeni ərazilər qoparmaq planları baş tutmadı.

Xalqımızın Ulu Öndəri Heydər Əliyevin Azərbaycanın Naxçıvan Muxtar Respublikası qarşısındakı tarixi xidmətlərinin növbəti əsas dövrü 1990-cı ildən sonra başlayır. Bu həmin dövr idi ki, Azərbaycanda milli azadlıq mücadiləsi başlamışdı, amma bu proses məhz Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra daha mütəşəkkil forma aldı. Öncə onu qeyd edim ki, M.Qorbaçovun yürütdüyü siyasətə etiraz edərək bütün vəzifələrindən istefa verən Heydər Əliyev bundan sonra da öz xalqının yanında olmuş, öz fəaliyyəti ilə yeni yaranmaqda olan müstəqillik hərəkatının daha da vüsət almasına xidmət etmişdir. Bu baxımdan Heydər Əliyevin hələ 1990-cı ildə 20 Yanvar hadisələrindən dərhal sonra oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, böyük cəsarətlə xalqımızın haqq səsini ucaltması milli müstəqilliyə gedən yolumuzun ən önəmli hadisələrindən biri idi.

Ulu Öndərin həmin ilin yayında Naxçıvana gəlişi isə milli müstəqilliyimizə gedən yolun yeni başlanğıcı oldu. Həmin dövrün reallığı həm də ondan ibarətdir ki, naxçıvanlılar doğma Heydər Əliyevi böyük sevgi ilə qarşılamışdılar. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə Heydər Əliyevin namizədliyini iki seçki dairəsindən irəli sürmüşdülər.

İctimaiyyət nümayəndələrinin təkidli xahişi ilə 1990-cı ildə deputat seçilən Heydər Əliyevin təşəbbüsləri ilə hələ 1990-cı ilin noyabr ayında Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar xalqımızın müstəqillik yolunun ən cəsarətli siyasi-hüquqi addımları idi. Belə ki, Ali Məclisin qəbul etdiyi qərarlarla 70 ildən sonra Azərbaycanın üçrəngli Bayrağının yenidən rəsmi bayraq kimi təsbit olunması, Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin çıxarılması və bütün bunların davamı kimi bir neçə ay sonra sovet dövlətinin keçirdiyi SSRİ-nin saxlanılması ilə bağrı referendumun Naxçıvanda baykot edilməsi sovet hakimiyyətinə böyük cəsarətlə meydan oxumaq idi. O cümlədən hələ sovet dövründə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvan Ali Məclisi tərəfindən 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, qəbul edilən qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin bu faciəyə görə birbaşa məsuliyyət daşıdıqlarının göstərilməsi Heydər Əliyev cəsarətinin möhtəşəm göstəricisi idi.

Ulu Öndər Naxçıvanın böyük xilaskarıdır

Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyətinin növbəti mühüm mərhələsi Ümummilli Liderin xalqın təkidli istəyi ilə 1991-ci il sentyabrın 3-də muxtar respublika Ali Məclisinin Sədri seçilməsindən sonrakı dövrü əhatə edir. Bu həmin dövr idi ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı vüsət alır, respublikamızın bütün sərhədyanı yaşayış məntəqələrinə ermənilər tərəfindən edilən hücumlar güclənirdi. Tədricən blokadaya düşməsi səbəbindən Naxçıvanda vəziyyət daha ağır idi.

Ulu Öndərin ilk gündən atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Naxçıvanla bağlı Ermənistanın bütün işğalçılıq planlarını alt-üst etdi. Naxçıvanlılar böyük Heydər Əliyevin liderliyi ilə silaha sarılaraq doğma diyarın müdafiəsinə qalxdılar. Mərkəzi hakimiyyətin ögey münasibətinə, hərbi dəstəyin olmamasına baxmayaraq, Heydər Əliyev böyük sərkərdə kimi Naxçıvanı qorudu, xilas etdi, düşmən tərəfindən işğal edilməsinə imkan vermədi.

Naxçıvanla bağlı daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, keçmiş sovet qoşunları muxtar respublikanı tərk edərkən, bütün silah və texnikalarını yeni yaranan Azərbaycan Ordusunun hissələrinə təhvil vermişdilər. Əlbəttə ki, bu prosesdə Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin müdrikliyi böyük rol oynamışdı. 1992-ci ilin iyulunda Naxçıvandakı 75-ci diviziyanın əmlakının, silah-sursatının Azərbaycan Milli Ordusuna təhvil verilməsinə başlanılmış və proses avqustun ortalarında başa çatdırılmışdı. Bundan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin və təhvil alınan 75-ci diviziyanın hərbi hissələrinin bazasında Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvandakı 5-ci əlahiddə motoatıcı briqadası yaradılmışdı. Silah-sursatın tam təhvil verilməsindən cəmi 3 gün sonra - 1992-ci il avqustun 18-də keçmiş sovet ordusunun 75-ci diviziyasının son dəstəsi Naxçıvanı tərk etmişdi.

Eyni zamanda, Naxçıvanda dövlət sərhədlərini qoruyan keçmiş 41-ci sərhəd dəstəsinin də bütün hərbi, hərbi-texniki və təsərrüfat əmlakı Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvandakı dəstəsinə təhvil verildi. Artıq 1992-ci il sentyabrından Naxçıvan ərazisində digər dövlətin - Rusiyanın heç bir hərbi hissəsi və hərbi qulluqçusu qalmamışdı. Qonşu dövlətlərlə sərhədin mühafizəsi Azərbaycan Sərhəd Qoşunları tərəfindən həyata keçirilməsinə başlanılmışdı.

1992-ci ilin avqust-sentyabr aylarında sözügedən hərbi hissələrin şəxsi heyətinin Azərbaycanı tərk etməsindən sonra Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanın müdafiəsi daha da möhkəmlənmişdi. Blokada vəziyyətində olmasına baxmayaraq, bu diyar Ermənistanın təcavüzkarlığının qarşısında qətiyyətlə, mərdi-mərdanə mübarizə aparırdı.

Onu da qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplar - nə A.Mütəllibov iqtidarı, nə də onun yerinə gəlmiş AXC-Müsavat cütlüyü blokada vəziyyətində olan muxtar respublikanın mövcud ağır vəziyyətini qismən də olsa yaxşılaşdırmaq üçün heç bir əməli tədbir görə bilməmiş və ya görmək istəməmişdilər. Belə bir şəraitdə Heydər Əliyev muxtar respublikanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün məhdud daxili imkanlarından maksimum və səmərəli istifadə edir, o cümlədən qonşu Türkiyə və İranla iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirirdi. Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etdiyi həmin dövrdə inşasına başlanılan və 1992-ci il mayın 28-də istifadəyə verilən Azərbaycanla qardaş Türkiyə arasındakı “Ümid” körpüsü həmin dövrdə Naxçıvanın nəqliyyat blokadasının qismən aradan qaldırılmasında böyük rol oynamışdı. Bütövlükdə, Heydər Əliyevin uzaqgörənliyi nəticəsində görülən tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı bütün fəlakətlərdən xilas etmiş, ayaqüstə qalmasında böyük rol oynamışdı.

Bütün bunları o dövrdə Azərbaycana rəhbərlik edən qaragüruhçu qruplar da bilir və Heydər Əliyevi özlərinə rəqib gördükləri üçün onu Naxçıvana rəhbərlikdən uzaqlaşdırmaq istəyirdilər. Lakin onların bu istiqamətdə bütün cəhdləri Naxçıvan ictimaiyyətinin Heydər Əliyevin ətrafında güclü səfərbər olması səbəbindən baş tutmamışdı. Eyni zamanda, Azərbaycanın gələcəyini düşünən, dövlətçiliyimizin və müstəqilliyimizin itirilməsi təhlükəsindən dərin narahatlıq keçirən ziyalılar, aydınlar ölkəmizin nicatını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə gəlişində görürdülər və bu məqsədlə Ulu Öndərin ünvanına respublikamızın hər yerindən müraciətlər edilir, teleqramlar göndərilirdi. Bu baxımdan, tariximizin üz qarası olan AXC-Müsavat cütlüyünün yaratdığı maneçiliklərə rəğmən, 1992-ci ilin noyabr ayında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi respublikamızın yeni siyasi tarixinin böyük hadisəsi idi. Ümumxalq sevgisinin və etimadının təcəssümü kimi Heydər Əliyevin 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəlişi və hakimiyyət sükanının arxasına keçməsi Azərbaycanda tamamilə yeni siyasi-ictimai proseslərin inkişafına səbəb oldu. O proseslər ki, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin əbədiliyini və dönməzliyini təmin etdi.

Naxçıvan hər zaman Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını hiss edib

Ulu Öndərin xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişi Naxçıvanda da mühüm dəyişikliklərə səbəb oldu. Belə ki, düşmən qarşısında yalnız qalmış Naxçıvanın ilk növbədə müdafiəsi daha da gücləndirildi. Ulu Öndərin başlatdığı yeni islahatlar muxtar respublika iqtisadiyyatının inkişaf etdirilməsinə böyük töhfələr verdi. Naxçıvan sakinlərinin uzun müddətdən bəzi əziyyət çəkdikləri sosial problemlər tədricən aradan qaldırıldı.

Ötən 20 ildə isə Naxçıvan hər zaman Prezident İlham Əliyevin böyük diqqət və qayğısını hiss edib. Bu dövrdə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarının, ayrı-ayrı vaxtlarda ayırdığı maliyyə vəsaitlərinin nəticəsi kimi Naxçıvan böyük inkişaf yolu keçib, respublika üzrə istehsal edilən ÜDM-də muxtar respublikanın payı əhəmiyyətli dərəcədə yüksəlib. Habelə ötən 20 ildə Prezident İlham Əliyevin birbaşa diqqəti sayəsində muxtar respublikanın enerji problemi tamamilə aradan qaldırılıb.

Bu dövrdə Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə Əlahiddə Ümumqoşun Ordunun döyüş imkanları ən modern səviyyəyə yüksəldilib. Muxtar respublikada hərbi təhsilə əlçatanlığın təmin edilməsi üçün Heydər Əliyev adına hərbi lisey yaradılıb. Bu diqqət və qayğının təcəssümü olaraq torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti böyük qəhrəmanlıq nümunələri göstərdilər, Şuşaya qədər döyüş yolu keçdilər, şəhidlik mərtəbəsinə ucaldılar. “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Prezident İlham Əliyevin sayəsində Naxçıvan həm də Türk dünyasının önəmli ünvanlarından biri kimi diqqət çəkir. Bu sırada türk dövlətlərinin təşkilatlanmasının əsas tarixi mərhələlərindən birinin məhz Naxçıvandan başlamasını qeyd etmək yerinə düşər. Belə ki, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı zamanı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalanıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq isə Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Prezidentimizin qətiyyətli siyasətinin nəticəsi kimi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm Naxçıvanın tarixində yeni mərhələ açacaq, həm də bu Azərbaycan diyarının bütün Türk dünyasındakı yerini daha da möhkəmləndirəcək. Heç şübhəsiz ki, iki il öncə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılması ilə muxtar respublikanın idarəçiliyində baş verən dəyişikliklər isə dövlət başçısının qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin bu qədim diyarda layiqincə və daha keyfiyyətlə yerinə yetirilməsinə yol açacaq. Hər halda muxtar respublikada əldə olunmuş ötən ayların statistik məlumatları bunu deməyə əsas verir.

Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin uğurlu inkişaf strategiyasının nəticəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu silsilədə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti dövlətə və xalqa xidmət məramının mükəmməl nümunəsidir. Qətiyyətlə deyə bilərik ki, Mehriban xanım Əliyevanın böyük Heydər Əliyev ideyalarına söykənən hər bir təşəbbüsü, çoxşaxəli fəaliyyətinin hər bir istiqaməti məhz ölkəmizin yüksəlişinə, beynəlxalq nüfuzunun artmasına, vətəndaşlarımızın rahat, firavan yaşamasına, Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına xidmət edir.

Mehriban xanım Əliyevanın yüksək vətənpərvərliyə, böyük mərhəmətə, nəcib humanizmə söykənən missiyasının real təzahürünü Naxçıvan Muxtar Respublikasının timsalında da görməmək mümkün deyil və 100 yaşlı muxtar respublikanın sakinləri də bunu aydın görür, həmişə qədirbilənliklə qiymətləndirirlər. Bir neçə il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətlərindən Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar bu gün də istifadə edə bilirlər.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti böyük Heydər Əliyev ideyalarının həyata vəsiqə almasına, Prezident İlham Əliyevin isə ləyaqətlə davam və inkişaf etdirdiyi dahi liderimizin siyasi kursunda və inkişaf strategiyasında qarşıya qoyulan vəzifələrin uğurla və keyfiyyətlə yerinə yetirilməsinə xidmət edir. Cəmi bir neçə gündən sonra Mehriban xanım Əliyevanın respublikamızın Birinci vitse-prezidenti təyin olunmasının 7-ci ili tamam olur. Hələ 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən bu qərar bütün xalqımızın, o cümlədən muxtar respublika sakinlərinin böyük rəğbəti ilə qarşılandı. Çünki Mehriban xanım Əliyeva ölkəmizdə illərdir ictimaiyyətin birmənalı dəstəyini qazanmış siyasi-ictimai xadimidir. Ötən 7 ilin real mənzərəsi bir daha göstərir ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi dövlətə xidmətin mükəmməl nümunələrini yaratmaqdadır.

Mehriban xanım Əliyevanın müxtəlif vaxtlarda Prezident İlham Əliyevlə birlikdə Naxçıvana səfərləri, “Əshabi-Kəhf” ziyarətgahını ziyarət etməsi, 2008-ci ildə Türkiyənin o zaman Baş naziri vəzifəsində çalışan Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində onun xanımı Əminə Ərdoğanla birlikdə Naxçıvan Dövlət Universitetində olması, 2009-cu ildə Prezident İlham Əliyevlə birlikdə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyində iştirakı Naxçıvan ictimaiyyəti tərəfindən hər zaman minnətdarlıqla xatırlanır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, xüsusilə Vətən müharibəsində şəhid olmuş Naxçıvandan olan övladlarımızın ailə üzvlərinə, qazilərə yaxından diqqət və qayğısı isə qədirbilən naxçıvanlıların yaddaşından heç vaxt silinməyəcək.

Torpaqlarımızın azad edilməsindən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İki gün öncə keçirilən prezident seçkiləri isə bu mərhələnin, başqa cür desək, müstəqil Azərbaycanın öz yeni hədəflərinə doğru inkişafının başlanğıcıdır. Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinin məhz bu günlərə təsadüf etməsi isə yubiley əhvali-ruhiyyəsini daha da yüksəldir. İnanırıq ki, Azərbaycan yeni mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth edəcək, Naxçıvan isə daha möhtəşəm inkişaf nümunələri yaradacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb