Hindistanda qatar qəzası nəticəsində ölənlərin sayı 100-ü ötüb [YENİLƏNİB] VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Hindistanda qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 100-ü ötüb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qəzada 200-dən çox insan yaralanıb.
Hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında baş verib.
Qatarda təxminən 500 sərnişin olub. Qəza yerində 250-yə yaxın xilasedici işləyir. Ölənlərin sayının artma ehtimalının olduğu bildirilib.
10:15
Hindistanda 14 vaqondan ibarət qatarın relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 90-ı keçib. Qəzada 150-dən çox insan yaralanıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin şimalında, Pukrayan şəhəri yaxınlığında qeydə alınıb.