DÜNYA
Kabil məscidində partlayış: 32 ölü, 50-dən çox yaralı VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabil şəhəri yaxınlığındakı şiə məscidində törədilən partlayış nəticəsində həlak olanların sayı azı 32 nəfərə çatıb, 50-dən çox insan isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Əfqanıstan üzrə missiyasının saytında yerləşdirilib. Missiyanın məlumatına görə, ölənlər və yaralananlar arasında çoxlu sayda uşaq var. Terrorçu-kamikadze özünü Kabil ətrafındakı Dar ul-Aman rayonundakı məscidin içərisində partladıb. Partlayış dindarların Məhəmməd Peyğəmbərin nəvəsi imam Hüseynin qətlə yetirilməsinin ildönümü ilə əlaqədar məsciddə keçirilən matəm mərasiminə toplaşdıqları zaman törədilib.
TOLOnews telekanalının yaydığı xəbərə görə, “Taliban” hərəkatı özünün terror aktı ilə əlaqəsini təkzib edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]