Pakistanda spirtli içki 23 nəfərin həyatına son qoyub VİDEO
İslamabad, 27 dekabr, АZƏRTAC
Pakistanın Pəncab əyalətinin Toba-Tek-Sinqx dairəsində yaşayan xristianlar Milad bayramını qeyd edərkən 23 nəfər spirtli içkidən zəhərlənərək dünyasını dəyişib. Pakistan mətbuatının məlumatına görə, 16 nəfərin vəziyyəti ağırdır.
Hadisəni araşdıran komissiya yaradılıb, istintaq aparılır.
Qeyd edək ki, Pakistanda spirtli içkilərin satışı qadağandır. Ancaq qeyri-müsəlmanlar bu içkini norma ilə ala bilərlər. Böyük ziyafətlərdə isə çox hallarda əldə düzəldilmə içkilərdən istifadə edilir ki, bu da belə faciələrə gətirib çıxarır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [15:22]
Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb
- 18.11.2026 [14:42]
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər
- 18.11.2026 [14:30]