Ankarada yeni metro xətti istifadəyə verilib VİDEO
Ankara, 5 yanvar, АZƏRTAC
Ankara şəhərinin Keçiörən rayonunda yeni metro xəttinin istifadəyə verilməsi mərasimi olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər açılış mərasimində iştirak ediblər.
Çıxışlarda son illər Türkiyədə reallaşdırılan və perspektivdə olan sosial-iqtisadi layihələrin əhəmiyyətindən, o cümlədən gündəlikdə duran məsələlərdən danışılıb.
Məlumat verilib ki, yeni metro xətti ilə gündəlik orta hesabla 50 min sərnişinin daşınması nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [15:22]
Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb
- 18.11.2026 [14:42]
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər
- 18.11.2026 [14:30]