Dunay çayında gəmi donub VİDEO
Buxarest, 16 yanvar, AZƏRTAC
Dunay çayının Rumıniyanın Kalaraş şəhəri yaxınlığından keçən hissəsində göyərtəsində dənizçilərin olduğu gəmi donub. Gəmidə ərzaq və su bitdiyindən Rumıniya Daxili İşlər Nazirliyi tərəfindən helikopter vasitəsilə oraya yardım göndərilib.
Son günlər Avropada hökm sürən soyuq hava şəraiti quru, hava və su nəqliyyatında hərəkətin iflic olması, bəzi bölgələrdə elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına gətirib çıxarıb. Sinoptiklərin məlumatına görə, Avropanın bir çox bölgələrində soyuq hava şəraiti bu həftə də davam edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [15:22]
Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb
- 18.11.2026 [14:42]
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər
- 18.11.2026 [14:30]
Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir
- 18.11.2026 [14:19]