Çanaqqaladakı təbii fəlakət bölgəsində çadır şəhərciyi qurulub VİDEO
İstanbul, 7 fevral, AZƏRTAC
Fevralın 7-də gecə saat 5.24 dəqiqədə Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda Rixter cədvəli ilə 5.2 bal gücündə zəlzələ baş verib.
Rəsmi məlumata görə, episentri Egey dənizində olan yeraltı təkanlar bəzi tikililərdə ciddi dağıntılar yaradıb. Çox sayda insan evsiz qalıb. Zəlzələdən təşvişə düşən əhali küçə və meydanlara axışıb. Qızıl Ay Cəmiyyəti evsiz qalan insanlar üçün çadır şəhərciyi salıb. Ətraf bölgələrdən təbii fəlakət rayonuna kömək cəlb olunub.
Xatırladaq ki, fevralın 6-da bu bölgədə yerli vaxtla saat 6.51-də və 13.58-də Rixter cədvəli ilə 5.3 bal gücündə iki zəlzələ baş verib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [14:42]
Putin və Trampın görüşü bu gün axşam saatlarında baş tuta bilər
- 18.11.2026 [14:30]
Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir
- 18.11.2026 [14:19]
Qazaxıstan “Aral-Xəzər” nəqliyyat dəhlizi layihəsini təqdim edib
- 18.11.2026 [13:52]
Bu gün Ümumdünya Coğrafi İnformasiya Sistemləri Günüdür
- 18.11.2026 [13:01]