İspaniyada kimya zavodunda partlayış baş verib VİDEO
Madrid, 9 fevral, AZƏRTAC
İspaniyanın Valensiya vilayətindəki Paterna şəhərində yerləşən, “İndukern” şirkətinə məxsus kimya zavodunda güclü partlayış baş verib. İlkin versiyaya görə, partlayışa əməkdaşlardan birinin asetonla ehtiyatsız davranması səbəb olub. Həmin əməkdaş 2-ci dərəcəli yanıq diaqnozu ilə hospitala yerləşdirilib.
Partlayışdan sonra başlayan yanğının alovu 50 metrədək yüksəlib və külək nəticəsində yaxınlıqdakı bina da alışıb. Kimyəvi zəhərlənmədən ehtiyat edən yerli hakimiyyət orqanları ətrafdakı əhaliyə evlərdən çıxmağı qadağan edib, məktəblərdə dərslər təxirə salınıb. Lakin daha sonra ciddi təhlükənin olmadığı müəyyən edilib və qadağalar aradan qaldırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]