Yeni Zelandiyada daha 200-dək delfin sahilə çıxıb VİDEO
Tokio, 11 fevral, AZƏRTAC
“Radio New Zealand”ın yaydığı məlumata görə, daha 200 delfin Yeni Zelandiyanın Cənub adası sahillərinə çıxıb.
Yerli Təbii Ehtiyatların Mühafizəsi Departamentinin əməkdaşı Mayk Ouql radiostansiyaya bildirib ki, hadisəyə səbəb köpək balığının hücumu ola bilər.
M.Ouqlun bildirdiyinə görə, delfinlərdən birinin bədənində kiçik, lakin təzə diş yerləri aşkar edilib. Ola bilsin ki, delfinlərin hərəkəti bununla bağlı olsun.
Xəbər verdiyimiz kimi, bir gün əvvəl 400-dən çox qrind-delfini Cənub adasının sahillərinə çıxmışdı. Könüllülərin cəhdlərinə baxmayaraq, onlardan yalnız 100-nü xilas etmək mümkün olmuşdu.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]