Adıyamanda 5,5 bal gücündə zəlzələ olub VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Bu gün yerli vaxtla saat 14:07-də (Bakı vaxtı ilə 15:07) Türkiyənin Adıyaman vilayətinin Samsat rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri 11,3 kilometr dərinlikdə yerləşib. Təxminən 10 dəqiqə sonra həmin bölgədə 4,4 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, təbii fəlakət nəticəsində bəzi kəndlərə ziyan dəyib. Tələfat barədə hələlik məlumat alınmayıb.
Bölgədə vali Abdullah Ərin başçılığı ilə böhran mərkəzi yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [23:43]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [22:48]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]