SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan, 6 mart, AZƏRTAC

Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında qonağa məlumat verib, muxtar respublikada iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatı, sənaye, təhsil, əczaçılıq, rabitə və yeni texnologiyaların inkişafından danışıb. Naxçıvandakı ali təhsil müəssisələrində dünyanın 12 ölkəsindən tələbələrin təhsil aldığını bildirən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında təhsil, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlıq edən səfir Sanjay Rana Naxçıvanın inkişafının onda böyük təəssürat yaratdığını qeyd edib və bura səfərindən məmnunluğunu bildirib. Səfir Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatının inkişaf etdiyini və Hindistanın bu sahələrdə əməkdaşlıq üçün hazır olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.