Nideland polisi türkiyəli nazirdən Almaniyaya qayıtmasını xahiş edib VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Hollandiya polisi Rotterdamda saxlanılan Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kayandan ölkəni tərk etməsini xahiş edib.
AZƏRTAC xəbər verir ki, Niderlandın teleradio yayımı korporasiyasının (HTK) məlumatına görə, hüquq-mühafizə orqanları nazirə polis avtomobillərinin müşayiəti ilə kəsə yolla Almaniyaya qayıtmağı təklif ediblər. Telekanal diqqəti qanun keşikçilərinin türkcə danışmasına yönəldib.
Cavabında Kaya soruşub ki, “öz xalqı ilə” beş dəqiqəliyə görüşə bilərmi? Rədd cavabı alan nazir bundan sonra avtomobilinə qayıdıb.
RTV Rijnmond telekanalı öz növbəsində xəbər verib ki, Hollandiya polisi Türkiyənin Rotterdamdakı konsulluğunun qarşısına toplaşan nümayişçiləri dağıtmağa başlayıb. Hüquq mühafizə orqanlarının hadisə yerinə cəlb olunan xüsusi dəstələri etirazçılara qarşı güc işlədib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]