Ukraynada hərbi anbarda baş vermiş partlayışlarla əlaqədar 20 min insan təxliyə edilib VİDEO
Bakı, 23 yanvar, AZƏRTAC
Ukraynanın Xarkov vilayətinin Balakleya şəhərində hərbi anbarda baş vermiş güclü partlayışlarla əlaqədar bu şəhərlə yanaşı, Verbovka və Yakovenkovo kəndlərinin sakinləri, ümumilikdə 20 min insan təxliyə edilib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukraynanın hərbi prokuroru Anatoli Matios açıqlamasında bildirib. O qeyd edib ki, yanğınla əlaqədar yeddi kilometrlik təhlükəsizlik zonası yaradılıb. Hadisə yerinə Müdafiə Nazirliyinin yanğına qarşı ağır texnikası cəlb olunub.
Partlayışların başvermə səbəbi ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]