Parisdə partlayış: kommuna meri yaralanıb, 4 nəfərin vəziyyəti ağırdır YENİLƏNİB VİDEO
Bakı, 1 aprel, AZƏRTAC
Paris yaxınlığında yerləşən Vilpent kommunasında karnaval zamanı baş verən partlayışda 4 yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Otuza yaxın şəxs yardım üçün həkimə müraciət edib. Partlayış karnavalda müqəvvanın yandırılması mərasimi zamanı baş verib. Taxta və digər bərk metallar uşaqların çoxluq təşkil etdiyi kütləyə doğru səpələnib. Hadisədə Vilpent merinin ayağından yaralandığı xəbəri verilir. Polis hadisəni ehtiyatsızlıq üzündən baş verdiyini bildirib və terror olmadığı açıqlayıb.
21.19
Paris şəhəri ətrafında karnaval zamanı partlayış olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində 20 nəfərə yaxın insan yaralanıb.
İlkin məlumata görə, hadisə terror aktı hesab olunmur.