Sankt-Peterburq metrosunda partlayış olub VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Sankt-Peterburq metropoliteninin stansiyalarının birində partlayış baş verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Sennaya ploşad” stansiyasında baş vermiş partlayış nəticəsində zərərçəkənlər var. Stansiya qatı tüstüyə bürünüb.
Partlayışdan sonra metronun üç stansiyasının bağlandığı bildirilir.