Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mərkəzi Nəbatat Bağı - floramızın canlı kolleksiyaları və istirahət bir arada VİDEO

Bakı, 6 aprel, AZƏRTAC

Müasir dövrdə ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması ən vacib məsələlərdəndir. Xüsusilə son dövrlərdə baş verən iqlim dəyişiklikləri, səhralaşma, ekoloji tarazlığın pozulması və digər amillər Yer kürəsinin flora və faunasına ciddi təsir göstərib. Nəticədə nəsli kəsilən və ya “Qırmızı kitab”a düşən bitki növlərinin sayı sürətlə artıb. Təsadüfi deyil ki, alimlər dünyada bitki növlərinin üçdə ikisinin məhv olması ilə bağlı həyəcan təbili çalırlar. Bu problemlər Azərbaycanın da flora və faunasından yan keçməyib. Ölkəmizdə dövlət qoruqları və xüsusi mühafizə olunan təbiət əraziləri kifayət qədər olsa da, bioloji müxtəlifliyin qorunmasında və inkişafında əsas yük aidiyyəti qurumla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının üzərinə düşür. İnsanların sıxlığını və atmosferin müxtəlif qazlarla çirkləndiyini nəzərə alsaq, Bakının ekologiyasının tənzimlənməsində bu bağ kifayət qədər böyük çəkiyə malikdir.

Nəbatat Bağı yarandığı gündən elmi-mədəni mərkəz kimi fəaliyyət göstərib. Həmçinin şəhər sakinlərinin və paytaxta gələn qonaqların ən çox üz tutduğu məkanlardan olub. İnsanları buraya çəkib gətirən floramızın canlı kolleksiyaları ilə istirahətin bir arada cəmləşməsidir. Elə bizi də Nəbatat Bağına gətirən səbəb bu idi.

Səs-küylü paytaxt küçələrindən, ardı-arası kəsilməyən maşınların əhatəsindən və insan selindən ayrılıb bağın giriş qapısından içəri daxil oluruq. Sanki meşəyə düşürük. Ucu-bucağı görünməyən bağı bir az seyr etdikdən sonra Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Vahid Fərzəliyelə görüşüb söhbət edirik.

Bağın kolleksiyası toxum mübadiləsi hesabına zənginləşdirilir

Mərkəzi Nəbatat Bağı 80 ildən artıqdır ki, fəaliyyət göstərir. Bağın ərazisi 41 hektardan çoxdur. İndiyədək burada dünyanın müxtəlif botaniki-coğrafi vilayətlərindən introduksiya edilmiş bitkilərin, o cümlədən Qafqaz və Azərbaycan florasına məxsus nadir və nəsli kəsilməkdə olan bir sıra qiymətli ağac, kol, ot bitkilərinin geniş kolleksiyası yaradılıb. Botanika İnstitutunun nəzdində bir şöbə kimi yaradılan bağ 2000-ci ildən Mərkəzi Nəbatat Bağı kimi fəaliyyət göstərir.

V.Fərzəliyev bildirir ki, hazırda Nəbatat Bağı dünyanın 100-dən artıq botanika bağı ilə toxum mübadiləsi sahəsində əməkdaşlıq edir. Bu mübadilənin hesabına bağın kolleksiyası zənginləşdirilir. Bu işlər, ilk növbədə, Azərbaycanın bioloji müxtəlifliyinin qorunması istiqamətində aparılır. Çünki Qafqazın bitki müxtəlifliyi baxımından Azərbaycan ən zəngin ölkə hesab olunur. Demək olar ki, Qafqaza məxsus müxtəlif bitkilərin 70 faizindən çoxuna Azərbaycanda təsadüf edilir. Ona görə də əsas məqsəd Azərbaycan təbiətinə xas olan bitkilərin öyrənilməsi və qorunmasıdır.

Son dövrdə bioloji müxtəlifliyin qorunması, onun gələcək nəsillərə davamlı olaraq çatdırılması dünyada belə həyati bir məsələdir. Ona görə də Nəbatat Bağında elmi-tədqiqat işləri ilə yanaşı, insanların maarifləndirilməsi, xüsusən də ekoloji maarifləndirmə istiqamətində fəaliyyət genişləndirilir. Hər il bağa yüz minlərlə məktəbli və tələbə gəlir. Alimlər onları müxtəlif bitkilərlə tanış edir, bu bitkilərin qorunması, çoxaldılması barədə məlumat verirlər.

Nəbatat Bağının fəaliyyətinin əsas istiqamətlərindən birini də beynəlxalq əməkdaşlıq təşkil edir. Bağın gənc tədqiqatçıları dünyanın qabaqcıl elmi-tədqiqat müəssisələrinə ezam olunur, beynəlxalq konfranslarda iştirak edirlər. İndi əsas hədəf bitkilər haqqında məlumatların informasiya-kommunikasiya texnologiyalarının istifadəsi ilə elektronlaşdırılması, Azərbaycanda olan nadir bitkilərin xəritələnməsidir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Alimlər təkcə Mərkəzi Nəbatat Bağında deyil, eyni zamanda, Azərbaycanın müxtəlif ərazilərində elmi-tədqiqat işləri aparırlar. Bağda daha çox insan cəlb etmək məqsədilə hər gün müəyyən abadlıq işləri aparılır. Digər hədəf isə yeni qızılgül sortları alıb onlardan kommersiya məqsədilə istifadə etməkdir.

Adəm ağacı - bağın kolleksiyasının bəzəyi

Mərkəzi Nəbatat Bağında xaricdən gətirilmiş ağaclar çoxdur. Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən hədiyyə edilmiş altı ədəd sakura ağacı bağa xüsusi gözəllik verir.

Bağın kolleksiyasını bəzəyən Adəm ağacı isə Çindən gətirilib. Çinin savannalarında yetişən bu ağac suya çox tələbkar olsa da son dərəcə gözəl dekorativ bitkidir. Hələ yarpaqlamamış büsbütün çiçək açır.

Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini icra edən Vahid Fərzəliyev deyir: “Bu, bizim üçün yeni ağacdır, təxminən 5-6 il əvvəl əkmişik. Hazırda onun çoxaldılması ilə məşğuluq. Bu il yüzlərlə şitil əldə edəcəyik. Hansı iqlim şəraitinə uyğun gəldiyini öyrənmək üçün bu ağacı Azərbaycanın müxtəlif rayonlarında əkib təcrübədən keçirmək istəyirik. Adəm ağacı nektarlı olduğuna görə arıçılar üçün də əlverişlidir”.

V.Fərzəliyev bildirir ki, iqtisadi baxımdan əhəmiyyətli olduğu üçün dünyada süni meşələrin salınmasında Adəm ağacından çox geniş istifadə edilir. Çünki ağacın oduncağı qiymətlidir. Ona görə də Avropada, xüsusilə Serbiyada çox sürətlə çoxaldılaraq süni meşələr yaradılır ki, insanlar ağacları kəsməsinlər, oduna olan tələbatlarını ödəsinlər. Təxminən 8 ilə bu ağac odun üçün yararlı hala gəlir. Adəm ağacı, həm də ona görə qiymətli hesab olunur ki, ondan yüksək keyfiyyətli musiqi alətləri hazırlanır.

Bağda dərman bitkiləri sahəsi yaradılıb

Sonra söhbətimizi Mərkəzi Nəbatat Bağının nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalovla davam etdiririk.

Bu laboratoriyada əsasən ölkəmizdə, eləcə də Qafqazın təbiətində və dünyada bir çox nadir və nəsli kəsilməkdə olan bitkilərin toplanması, bu bitkilərin yerli şəraitə uyğunlaşdırılması işləri görülür. Sözsüz ki, Azərbaycan təbiətinə daha çox diqqət ayrılır. Bundan əlavə, dərman bitkilərinin Mərkəzi Nəbatat Bağında toplanılması və öyrənilməsi də əsas hədəflərdəndir.

Söhbət əsnasında Y.Zeynalov deyir: “Çalışdığımız odur ki, dərman bitkiləri də istehsal edək. Dərman bitkilərinin çoxu xaricdən gətirilir. Buna ehtiyac yoxdur. Çünki bu bitkilərin hamısı Azərbaycanın təbiətində mövcuddur. Artıq dərman bitkiləri sahəsi yaratmışıq, təxminən 100-dən çox dərman bitkisini gətirib burada çoxaltmağa çalışırıq. Hədəfimiz budur ki, yaşıl apteklərdə satılan dərman bitkilərini burada yetişdirərək, yəni apteklərimizi dərman bitkiləri ilə özümüz təmin edək. Artıq bu istiqamətdə işlərə başlamışıq”.

Alim vurğulayır ki, dərman bitkilərini təkcə toplamaq şərt deyil, onları həm də düzgün qurutmaq lazımdır. Onun sözlərinə görə, xaricdən gətirilən dərman bitkilərinin çoxu düzgün qurudulmur. Bitki günəş şüalarının altında qurudulursa, onun kimyəvi tərkibi tamamilə ölür. Bunun da xəstəyə heç bir faydası olmur. Bitkilərin 99 faizi kölgədə qurudulmalıdır.

Respublikamızda bir çox bitkilərin nəsli kəsilmək üzrədir. Bu bitkilər yenidən təbiətə qaytarılmalıdır. Çünki təbiətdə bu cür bitkilər yox olarsa, gələcəkdə həmin bitkiləri yalnız rəsmlərdə görə bilərik. Ona görə bu bitkilərin heç olmasa bir hissəsinin laboratoriyada artırılaraq təbiətə “geri qaytarılmasını” ancaq alqışlamaq lazımdır.

Müsəlman süsəni Abşeronun yaşıllaşdırılmasında çox əhəmiyyətlidir

Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının ekspozisiya sahəsi Mərkəzi Nəbatat Bağının şimal-qərb hissəsində yerləşir. Nadir və nəsli kəsilməkdə olan ot bitkilərinin öyrənilməsi, onların gələcək nəsillər üçün qorunub saxlanması çox vacib və aktual məsələlərdən olduğundan Azərbaycan florasındakı nadir növlərin öyrənilməsi, çoxaldılaraq artırılması və onların genofondunun toplanması böyük əhəmiyyət daşıyır. Floramızdakı bəzi nadir növlər bir sıra səbəblər üzündən itib-batmaq təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün Mərkəzi Nəbatat Bağında geofit bitkilərindən ibarət dünya standartları səviyyəsində kolleksiya sahəsi yaradılıb. Bu kolleksiya introduksiya tədqiqatları üçün baza təşkil etdiyindən bağlı ərazidə yerləşir.

Y.Zeynalovun gərgin əməyi nəticəsində yaradılan bu kolleksiyada uzun illərin introduksiya sınağından keçmiş soğan, qulançar və ya mərəçüyüd, asfodelina, sünbülçiçək, çiriş, laləvər, qazsoğanı, qarğasoğanı, gəmirici soğan, süsən, iksiolirion, iridodiktum, dağlaləsi, zanbaq, nərgiz, zəfəran və s. kimi bitkilər var. Bu növlər Azərbaycan təbiətində kiçik bir ərazidə qalıb. Onlardan pion bitkisini misal göstərmək olar. Pion Azərbaycanın quru dağlıq bölgələrində, meşə kənarlarında və yaxud da quru yamaclarda yetişir. Qırmızı çiçəkləri olan bu bitkinin, demək olar ki, nəsli kəsilmək üzrədir. Buna görə də laboratoriyada pionun çoxaldılaraq Azərbaycan təbiətində uyğunlaşdığı yerlərə köçürülməsi istiqamətində işlər aparılır. Pion bitkisi Qubada, İsmayıllının bir hissəsində yamaclarda az miqdarda yayılıb. Bu bitki laboratoriyanın sahəsində kökümsovlarla çoxaldılır.

Elə bitkilər var ki, onlar nadir və nəsli kəsilməkdə olan bitkilər siyahısına düşməyib. Ancaq ekoloji müdaxilənin çoxalması ilə bağlı Azərbaycan təbiətində bir çox bitkilərin arealları sürətlə kiçilir. Bu kiçilmə isə o deməkdir ki, zaman gələcək, həmin bitkilərin də nəsli kəsilmək üzrə olacaq. Ona görə də belə bitkilərin bərpası, çoxaldılması və yeni sahələrə köçürülməsi vacib məsələlərdəndir.

Azərbaycan təbiətində yalnız Abşeron yarımadasında qumlu yerlərdə bitən Bakı cuzqunu endemik bitkidir. İnşaat işlərinin genişlənməsi və sahələrin hasara alınması ilə bu bitkinin də kökü getdikcə kəsilmək üzrədir. Cuzqun burada çoxaldılaraq boş olan ərazilərdə əkilməklə təbiətə qaytarılır. Bitkinin yaxşı bir xüsusiyyəti var ki, qələmlə rahat çoxalır. Məqsəd budur ki, Abşeronda bu bitkinin kökü kəsilməsin. Çünki başqa ölkələrdə bu bitkiyə rast gəlinmir.

Fenzel badamı da nadir bitkilərdən hesab olunur. Qafqazda bir-iki yerdə var, Azərbaycanda isə Şəki-Zaqatala bölgəsinə çatmamış Ağdaş-Şəki dağlıq bölgələrində, Quba-İsmayıllı zonasında az miqdarda qalıb. Alim fenzel badamının xüsusiyyətlərindən danışır: “Bunu toxumla əkirsən, şirin badam əmələ gəlir. Ona görə fenzel badamı deyirik ki, şirin badamdır. Hansı badamı toxumla əkirsənsə, acı çıxır, ancaq bu, şirin olur. Bu badam Orta Asiyada Kapetdağ bölgəsində yetişir”.

Müsəlman süsəninin Qafqazda 30 növü yayılıb. Azərbaycanda isə 20-dən çox növü var ki, bunun da 8-i nadir növ sayılır. Laboratoriyada bu nadir bitki kökümsovlarla çoxaldılır. Süsənin xüsusiyyəti odur ki, istilər düşəndə çiçək açır və dekabrın axırınadək yaşıl qalır. Ona görə də Abşeronun yaşıllaşdırılmasında faydalıdır.

“Əsrin müqaviləsi”, “Sarı gəlin” və “Nazpəri” qızılgül sortları

Nəbatat Bağında qızılgüllərin elmi əsaslarla öyrənilməsinə keçən əsrin 70-ci illərindən başlanıb. Bağın çiçəkçilik laboratoriyası ötən müddətdə xarici ölkələrdən gətirilən qızılgül sortlarının Abşeron şəraitinə introduksiyası ilə məşğuldur.

İndiyədək laboratoriyada xarici ölkələrdən gətirilmiş 560-dan çox qızılgül sortu introduksiya edilib, yəni yerli şəraitə uyğunlaşdırılıb. “Lakin bizim çoxillik təcrübəmiz göstərir ki, xarici ölkələrdən gətirilən qızılgül sortları Abşeron şəraitində özünü bir o qədər doğrultmur. Bu sortların böyüməsi və inkişafı, xəstəlik və ziyanvericilərə qarşı davamlılığı zəif olur. Bütün bunları nəzərə alaraq Azərbaycanda ilk dəfə dekorativ bitkilər üzrə qızılgüllərin seleksiyasına başlamışıq. 2006-cı ildən etibarən xarici ölkələrin qızılgül sortlarının introduksiyası ilə yanaşı, yerli şəraitə uyğun, Azərbaycanın yeni sortlarının yetişdirilməsi, seleksiyası ilə məşğuluq. Bizim əsas seleksiya üsulumuz hibridləşdirmə və seçmədir. Müxtəlif və eyni qrupdan olan qızılgül sortlarının birini digəri ilə çarpaz tozlandırırıq”, - deyə laboratoriyanın müdiri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərov söhbətə başlayır. Ömrünü qızılgüllərin əhatəsində keçirən alim bildirir ki, indiyədək laboratoriyada Azərbaycana məxsus 31 yeni qızılgül sortu yetişdirilib. “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” qızılgül sortları artıq dövlət tərəfindən qəbul olunub, aidiyyəti qurumların patentini alıb. “Şərqin səhəri”, “Ulduzlu Xəzər”, “Köhnə Bakı”, “Qədim Gəncə” kimi sortlar da var. “800-dən artıq hibrid forması əldə etmişik. Onların üzərində işlərimiz davam edir. Genotip kimi özünü göstərəndən sonra onları ortaya çıxardırıq ki, sort kimi təqdim edə bilək. Çalışırıq ki, beynəlxalq müsabiqələrdə iştirak edək. Ona görə də bu sortların aidiyyəti qurumlarda patentini almağa məcburuq. Beynəlxalq müsabiqə və sərgilərdə bilinsin ki, bu sort bizimdir”, - deyə A.İsgəndərov əlavə edib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı tərəfindən Azərbaycanda ilk dəfə qızılgülü sortlarının kataloqu (200 səhifə) buraxılıb. Artıq ikinci nəşr hazırlanır. Bu nəşrdə həm introduksiya olunmuş, həm də laboratoriyada yaradılmış sortlar yer alıb.

İnsanlar təbiət qoynunda istirahət etmək üçün bura üz tuturlar

Son zamanlar bu bağ şəhər sakinlərinin mədəni istirahət guşəsinə çevrilib. Xüsusilə gənc ailələr, tələbələr, övladlarını gəzdirən valideynlər, yaşlılar istirahət etmək üçün məhz bu məkanı seçirlər. Ərazisi böyük olduğundan sakinlərin rahat gəzməsi üçün müəyyən guşələr ayrılıb. Lövhələrdə guşənin hansı istiqamətdə olduğu göstərilib. Biz də əvvəlcə uşaq guşəsi yazılan istiqamətlə hərəkət etdik. Burada valideynlər uşaqları ilə birlikdə istirahət edirdilər. Bağda ağacların üzərinə məlumatlandırıcı plakatlar vurulub. Bağın bir neçə yerində balıqlar saxlanılan hovuzlar da var.

Bir sözlə, Nəbatat Bağından zəngin təəssüratla ayrılırıq. Belə qənaətə gəlirik ki, təbii zənginliklərimizi qoruyub saxlamaq istəyiriksə, Bakının Mərkəzi Nəbatat Bağı kimi gözəllik və istirahət məkanlarını bölgələrimizdə də yaratmalıyıq.

Mərkəzi Nəbatat Bağı - floramızın canlı kolleksiyaları və istirahət bir arada VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb