DÜNYA
Tanta şəhərində partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb YENİLƏNİB
Qahirə, 9 aprel, AZƏRTAC
Dəqiqləşdirilmiş son məlumatlara görə, Misirin Tanta şəhərində qibti kilsəsində törədilmiş partlayış zamanı ölənlərin sayı 30 nəfərə çatıb, 71 adam zərər çəkib.
Bu barədə Misir Səhiyyə Nazirliyinin Qarbiyada nümayəndəsi Məhəmməd Şərşər məlumat verib.
14:13
Qahirə, 9 aprel, AZƏRTAC
Misirin Qahirədən şimalda yerləşən Tanta şəhərində qipti kilsəsinin yanında partlayış olub.
Misir Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid bildirib ki, partlayış nəticəsində 13 nəfər həlak olub, 25 adam yaralanıb. Daha sonra təcili yardım xidmətinin başçısı Məcdi Avad bildirib ki, həlak olanların sayı artaraq 15 nəfərə çatıb, 45 adam yaralanıb.
Misirin daxili işlər naziri Məcdi Əbdül Qaffar və baş nazir Şərif İsmayıl hadisə yerinə yollanıblar. Polis kilsənin ətrafını əhatəyə alıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]