ABŞ-ın aviadaşıyıcı gəmilər qrupu Yapon dənizi akvatoriyasına daxil olub VİDEO
Bakı, 29 aprel, AZƏRTAC
Başda “Carl Vinson” atom təyyarədaşıyan gəmisi olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcı qrupu aprelin 29-da Koreya boğazını keçərək Yapon dənizinə daxil olub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bununla yanaşı, aprelin 23-dən bu aviadaşıyıcı qrupla müştərək manevrlər edən Yaponiyaya məxsus iki gəmi təlimləri başa vuraraq digər gəmilərdən ayrılıb.
Eyni zamanda, Yaponiyanın NHK telekanalı KXDR-in aprelin 29-da növbəti raket sınağı həyata keçirdiyini xatırladıb. CNN telekanalı isə öz növbəsində ABŞ-ın rəsmi nümayəndəsinə istinadla Şimali Koreyanın buraxdığı raketin Yapon dənizinə çatmadan havada partladığını bildirib. Telekanalın hesablamasına əsasən, bu, Donald Trampın 100 günlük prezidentliyi ərzində KXDR-in 9-cu raket sınağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]