Emmanuel Makron Fransada prezident seçkilərində qələbə qazanıb YENİLƏNİB VİDEO
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Fransada prezident seçkilərinin həlledici - ikinci turunda “İrəli” hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,5 faizini əldə edib.
“Milli cəbhə” partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,5 faizinin səsini qazanıb.
İpsos/Sopra Steria qrupunun məlumatına əsasən, 26 faiz seçici neytral qalıb. Bu, 1969-cu ildən sonra rekord rəqəm hesab olunur.
Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris