Türkiyədə avtobus qəzası nəticəsində 8 nəfər həlak olub VİDEO
Bakı, 27 may, AZƏRTAC
Kastamonudan Ankaraya gedən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər yaralanıb. Təcili yardım avtomobilləri ilə yaxınlıqdakı xəstəxanalara aparılan yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, avtobus yol ayrıcında nəzarətdən çıxaraq dərəyə yuvarlanıb.
Ankara valiliyindən verilən açıqlamaya görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, bu, son bir ayda Türkiyədə qeydə alınan üçüncü böyük avtobus qəzasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]