Milli Konservatoriyada bəstəkar Dadaş Dadaşovun əsərləri səsləndirilib
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında xalq çalğı alətləri orkestrinin konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə tanınmış bəstəkar, Xalq Artisti Dadaş Dadaşovun əsərləri səsləndirilib.
Konservatoriya xorunun da çıxış etdiyi tədbirdə məktəbin tələbələri orkestr ilə birlikdə bəstəkarın mahnılarını ifa ediblər.
Orkestrin bədii rəhbəri və dirijoru kimi AMK-nın müəllimi Aysel Bağırova çıxış edib.
Sonda Azərbaycan Milli Konservatoriyasında rektoru, Xalq Artisti Siyavuş Kərimi və bəstəkar Dadaş Dadaşov tədbir və ifa olunan musiqilər barədə fikirlərini bölüşüblər.