Praqada Azərbaycan-Avropa Ticarət Palatasının açılışı münasibətilə ziyafət təşkil olunub
AzerTAg.az
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfirliyində Azərbaycan-Avropa Ticarət Palatasının açılışı münasibətilə ziyafət təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə səfir Fərid Şəfiyev Azərbaycan-Çexiya ikitərəfli iqtisadi əməkdaşlığının mövcud durumu və gələcək perspektivləri barədə danışıb, səfirlik tərəfindən Azərbaycan-Avropa Ticarət Palatasının fəaliyyətinə dəstəyini ifadə edib.
Sonra Ticarət Palatasının təsisçilərindən olan David Snaşel Palata və onun gələcək fəaliyyəti haqqında söhbət açıb, dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.
Tədbirdə Çexiya dövlət qurumlarının nümayəndələri və bu ölkədə fəaliyyət göstərən özəl sektorun təmsilçiləri iştirak ediblər.


Xəbərin mətnində orfoqrafik səhv var