Texasda “Xarvi” qasırğasının qurbanlarının sayı 30 nəfərə çatıb VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Texasda tüğyan edən “Xarvi” qasırğasının qurbanlarının sayı 30 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, 13 mindən çox insan xilas edilib. Ölənlərin sayının artacağı istisna olunmur. Bəzi rayonlarda suyun rekord səviyyəsi qeydə alınıb.
ABŞ Prezidenti Donald Tramp təbii fəlakətin daha çox ziyan vurduğu Hyuston, Korpus-Kristi və Ostin şəhərlərinə baş çəkib. O, Texasa kömək göstərilməsi üçün Konqreslə birgə zəruri addımların atılacağını bildirib.