MƏDƏNİYYƏT
Həvəskar rəssamın Azərbaycan Milli Musiqisi Gününə həsr olunmuş əsəri
Bakı, 18 sentyabr, AZƏRTAC
Həvəskar rəssam Nailə Qəndilova dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Azərbaycan Milli Musiqisi Günü münasibətilə yeni “Şərqin nəğməsi” adlı rəsm əsəri hazırlayıb.
AZƏRTAC xəbər verir ki, kompozisiya xarakterli əsərdə Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin və onun musiqi məktəbinin dünya şöhrətli davamçılarından olan Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov və Niyazinin obrazları, “Leyli və Məcnun” operasından fraqment əks olunub.
2018-ci ildə Azərbaycan ilə Belarus arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar N.Qəndilovanın Minsk şəhərində fərdi sərgisinin təşkil olunması nəzərdə tutulur. Sərgidə həvəskar rəssamın “Vətən” və “İpək yolu” adlı əsərlər də nümayiş ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:47]
“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO
- 19.03.2024 [13:29]
Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar
- 19.03.2024 [12:08]
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 19.03.2024 [12:00]
Azərbaycan poeziyası İspaniyada
- 19.03.2024 [00:01]