Ukraynada hərbi sursat anbarında partlayış baş verib VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Ukraynanın Vinnitsa vilayəti yaxınlığında yerləşən hərbi sursat anbarında partlayış baş verib.
AZƏRTAC RİA informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi bu barədə məlumat verib. Qeyd edilib ki, Kalinovka şəhərinin və ətraf kəndlərin sakinləri evakuasiya edilib. Həmçinin hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 kilometr radiusunda tam bağlanıb.
"112.Украина" agentliyinin məlumatına əsasən, bu hərbi sursat anbarında “Smerç”, “Uraqan” və “Qrad” tipli raketlər saxlanılır.