Las-Veqas: silahlı hücum nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb VİDEO
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 1-dən 2-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərinin mərkəzində musiqi festivalına toplaşanlara silahlı hücum nəticəsində həlak olanların sayı 50 nəfəri ötüb, 200-dən çox insan yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən yerli sakin, 64 yaşlı Stiven Peddok öldürülüb. O, musiqi festivalını izləyən insanları “Mandalay Bay Hotel” mehmanxana kompleksinin 32-ci mərtəbəsindən atəşə tutub.
Hazırda polis qatilin yol yoldaşını - hadisə zamanı onunla birlikdə olmuş Mary Lou Denleyi adlı qadını axtarır. Həmçinin “Hyundai Tucson” və “Chrysler Pacifica Touring” markalı avtomobillərin də axtarışı aparılır.
Xatırladaq ki, faciə “Mandalay Bay” otelinin və şəhər aeroportunun yaxınlığında yerləşən meydanda baş verib.