Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB

Bakı, 8 noyabr, AZƏRTAC

Noyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çukurova Bələdiyyələr Birliyi mərkəzi Adana şəhərində olan Adana, Mersin, Hatay və Osmaniye vilayətlərinin böyükşəhər, diyar, şəhər, qəsəbə, kənd bələdiyyələrinin üzv olduğu regional birlikdir.

Görüşdə çıxış edən Əli Həsənov Azərbaycanın və Türkiyənin ortaq milli-mənəvi dəyərlərə, tarixi köklərə malik iki qardaş dövlət olduğunu vurğulayıb. Qeyd edib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsini müəyyən edən fikirlərdir. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr daha da güclənib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı etimad əlaqələrinin daha da inkişaf etdirilməsində Türkiyənin müvafiq dövlət qurumları və yerli özünüidarəetmə orqanları ilə ölkəmizin yerli icra orqanları arasında əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu mənada qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir.

Azərbaycanın Türkiyədəki diaspor təşkilatlarının səmərəli fəaliyyətində yerli bələdiyyələrin dəstəyini xüsusi qeyd edən Əli Həsənov mütəmadi qaydada keçirilən sərgilərin, elmi-praktiki konfransların, konsert proqramlarının və digər tədbirlərin Azərbaycanda da böyük həvəslə izlənildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Türkiyədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan məhəbbət və böyük hörmət hissi bələdiyyələrin fəaliyyətində də özünü büruzə verir. Adana vilayətinin Ceyhan şəhərində Heydər Əliyev adına park və abidə kompleksinin yaradılması, mövcud parklardan birinə Ümummilli Liderin adının verilməsi ilə bağlı Adana Böyükşəhər Bələdiyyəsinin qərar qəbul etməsi, Heydər Əliyev adına Universitetin açılmasının planlaşdırılması, Mersin vilayətinin Tarsus şəhərində və Hatay vilayətinin Payas rayonunda Heydər Əliyev adına park salınması və s. bunu bir daha təsdiqləyir. Bundan başqa, Türkiyə bələdiyyələrinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla bağlı abidələr ucaldılıb, parklar salınıb, muzeylər yaradılıb və digər işlər görülüb.

Azərbaycan ilə Türkiyənin müxtəlif şəhərləri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda Gəncə şəhəri ilə İzmir, Qars, Bursa, Ordu, Ankara, Elağız, Eskişehir, Sumqayıt şəhəri ilə Ceyhan, Bakının Xətai rayonu ilə Tarsus, Nəsimi rayonu ilə İzmit, Şəki şəhəri ilə Meram, Mingəçevir şəhəri ilə Gölbaşı, Şamaxı və Şərur şəhərləri ilə İğdır qardaşlaşmış şəhərlərdir.

Azərbaycanın və Türkiyənin bələdiyyə orqanları arasındakı münasibətlər müxtəlif konfranslar və sərgilər çərçivəsində də inkişaf edir. Təqdirəlayiq haldır ki, Türkiyə bələdiyyələri bu cür tədbirləri yalnız öz ərazilərində deyil, hətta xarici dövlətlərdə də keçirmək təşəbbüsü ilə çıxış edirlər.

Prezidentin köməkçisi deyib ki, 1918-ci ildə Azərbaycanda bolşevik-daşnak silahlı birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgərlərinin müxtəlif şəhərlərdəki məzarları üzərində xatirə abidələri yenidən tikilib və yaxud təmir olunub. Hər il sentyabrın 15-də türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsi önündə anım mərasimləri keçirilir.

Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin və Adana böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü ölkəmizə səfərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başladıqlarını, orada yaşayan vətəndaşlarımızla görüşlər keçirdiklərini bildirib. Qardaş ölkələrimiz arasında əlaqələrin daim yüksək səviyyədə olduğunu vurğulayan Hüseyn Sözlü münasibətlərimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb.

Qonaq Çukurova Bələdiyyələr Birliyinin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməyə çalışdığını, bu baxımdan mədəni sahədə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb. Azərbaycanda, xüsusilə paytaxt Bakıda infrastrukturun, nəqliyyat sisteminin sürətlə inkişaf etdiyini diqqətə çatdıran qonaq bu və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri deyib ki, ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın da daim ortaq mövqedən çıxış etmələri son dərəcə məmnunluq doğurur. Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri bütün türkdilli xalqlar, həmçinin dünya ölkələri üçün nümunə təşkil edir. Münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının da şəxsi dostluq münasibətləri mühüm rol oynayır.

Azərbaycanın və Orta Asiyadakı türkdilli dövlətlərin müstəqilliklərinə qovuşmalarından 25 ildən çox vaxt keçdiyini vurğulayan Hüseyn Sözlü ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, münasibətlərin inkişafında Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları qlobal miqyaslı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və digər layihələr mühüm rol oynayır. “Bu layihələr bəlkə də bəzi ölkələr üçün yalnız iqtisadi layihə ola bilər. Lakin bu layihələr Azərbaycan və Türkiyə üçün dostluğun və qardaşlığın rəmzlərindən biridir”, - deyə Hüseyn Sözlü bildirib.

Mersin böyükşəhər bələdiyyəsinin sədri Burhaneddin Kocamaz qeyd edib ki, istər indiki nəsil, istərsə də gələcək nəsillər türk dünyasının böyük öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ideyalarını rəhbər tutmalıdırlar. Ölkəmizə hər səfərində sürətli inkişafın, Bakının gözəlləşməsinin şahidi olduğunu ifadə edən Burhaneddin Kocamaz göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bələdiyyə sədrlərinin ölkəmizə səfərinin Cocuq Mərcanlıdan başlamalarının təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlıda qısa müddətdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, eləcə də bölgələrdəki sürətli inkişaf Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Belə səfərlər Cocuq Mərcanlıdakı qardaşlarımızın tək olmadıqlarını, Türkiyə xalqının da daim onların yanında olmalarını hiss etdirmək baxımından əhəmiyyətlidir.

Hatay böyükşəhər bələdiyyəsinin sədri Lütfü Savaş müstəqilliyin əvvəllərində parçalanmaq və məhv olmaq təhlükəsindən ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi və qətiyyəti sayəsində xilas olan Azərbaycanın Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilməsindən məmnunluq duyduqlarını vurğulayıb.

Osmaniye vilayətinin Sumbas rayon bələdiyyəsinin sədri Mustafa Nuri Nuhoğlu ölkəmizin sürətli inkişafından məmnunluq duyduqlarını ifadə edib, yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr