İndoneziyada balinaların qeyri-adi xilasedilmə əməliyyatı VİDEO
Bakı, 14 noyabr, AZƏRTAC
İndoneziyada dəniz heyvanlarının qeyri-adi xilasedilmə əməliyyatı həyata keçirilib. Açex vilayətində xilasedicilər və yerli sakinlər Uconq Karenq çimərliyi ərazisində özlərini sahilə atan 10 kaşalotu xilas etməyə çalışıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 4 kaşalot ölüb, 6 kaşalotu isə dənizə qaytarmaq mümkün olub. İnsanlar onların tələf olmuş həmcinslərinin yanına - sahilə qayıdacağından ehtiyatlanırlar.
Balinaların bu hərəkətinin səbəbləri məlum deyil. Ola bilsin ki, bu, hər hansı xəstəliklə bağlıdır.